🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Zərif ABŞ-ın Suriyaya zərbələrini qınadı

27.02.2021 16:46 431 baxış sayı 2 dəq. oxuma
Zərif ABŞ-ın Suriyaya zərbələrini qınadı

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif iraqlı həmkarı Fuad Hüseynlə danışıqlar zamanı ABŞ Hərbi Hava Qüvvələrinin Suriyadakı obyektlərə son zərbələrini qınayıb.

Siyasətçilərin görüşü Tehranda keçib.

“Zərif ABŞ-ın Suriya sərhədində İraq qüvvələrinə zərbə endirməsi zamanı təhlükəli addımlarını qınayıb, bu hücumu ölkənin ərazi bütövlüyünün qeyri-qanuni pozulması adlandırıb”, - İran Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib.

İran XİN başçısının sözlərinə görə, İraq ərazisində bəzi hücumlar şübhəlidir və ola bilsin ki, Tehran-Bağdad münasibətlərinə nifaq salmaq və ölkənin təhlükəsizliyini pozmaq üçün həyata keçirilib. “Biz vurğulayırıq ki, İraq hökuməti bu insidentlərin səbəbkarını tapmalıdır”, - deyə o əlavə edib.

Paylaş: