🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Ziya Kazımovun ailəsi Prezidentə və birinci xanıma təşəkkür etdi

25.02.2021 15:19 365 baxış sayı 4 dəq. oxuma
Ziya Kazımovun ailəsi Prezidentə və birinci xanıma təşəkkür etdi
Ev dustaqlığına buraxılan Vətən Müharibəsinin iştirakçısı, mayor Ziya Kazımovun həyat yoldaşı Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ünvanlayıb.
 
Z. Kazımovun həyat yoldaşı Vətən müharibəsi iştirakçılarına göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını ifadə edib:
 
"Hörmətli İlham Əliyev və Mehriban Əliyeva,
 
Xalqımızın sonsuz sevincinə səbəb olan Qələbəyə görə dərin təşəkkürümü bildirirəm.
 
Azərbaycanın yenilməz Ordusu Sizin rəhbərliyinizlə 44 gün ərzində qəhrəmanlıq göstərərək dilbər guşəmiz Qarabağı erməni işğalından azad etdi.
 
Tarixə düşən misilsiz hünər Vətənimizin parçası Qarabağın azadlığı və səadəti naminə atılan addımların nəticəsində mümkün oldu, dinc gələcək naminə bölgədə Azərbaycan bayrağı dalğalandı.  
 
Torpaqlarımızın azad edilməsi savaşında mənim həyat yoldaşım Ziya Kazımov da ilk gündən qəhrəmanlıqla döyüşüb.
 
O, Cəbrayıl-Füzuli, Cəbrayıl-Hadrut, Hadrut-Füziuli yolunun tam təhlükəsizliyini, o cümlədən, Xüsusi Təyinatlı Qüvvələrin təminat yollarının mühafizəsini təmin etmişdir. Hadruta ilk girən komandirlərdən biridir. Ziya Kazımovun tabeliyində olan hərbi hissə Şuşa ətrafındakı yüksəkliklər uğrunda şərəflə döyüşərək, 44 günlük Vətən Müharibəsində düşməni yüzlərlə canlı qüvvə və texnika itkisinə məruz qoyub.
 
Azərbaycanda şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində hər zaman yüksək diqqət və qayğı mövcuddur. Bu  Sizlərin diqqət və qayğısının təzahürünü və Azərbaycan xalqının böyüklüyünü bir daha təsdiq edir.
 
Əhalinin sosial problemlərinin həllinə xüsusi diqqət və qayğı göstərməsi digər sosial qruplar kimi, əlillərin və şəhid ailələrinin də həyat şəraitinin yaxşılaşmasına, onların ictimai hüquqlarının bərpa olunmasına şərait yaradılıb.
 
Siz və igid əsgərlərimiz 44 gün gecə və gündüz qələbə naminə çalışdınız, mübarizə apardınız. Allah şəhidlərimizə rəhmət eləsin. Bütün xalqımız Sizə və dünyanın güclü ordularından birinə çevirdiyiniz silahlı qüvvələrimizə minnətdardır.
 
Sizlərə cansağlığı, uzun ömür və yeni uğurlar arzulayıram”.
Paylaş: