“Zod qızıl yatağını itirdik” - Sabiq erməni səfir
"Müharibənin bitdiyinə ümid edən hər kəs Laçında nələrin baş verdiyinə baxsın. Hər keçən gün daha pis olacaq".
Bu barədə Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan "Facebook" səhifəsində yazıb.
Qarabağdakı məğlubiyyətə görə baş nazir Nikol Paşinyanı ittiham edən sabiq diplomat bildirib: "Aydındır ki, cəmiyyət idarə olunur və Nikolun tələsinə düşür. Hadisələrə reaksiya verdikdə isə ya müvafiq olmur, ya da gecikmə baş verir. Yenə də nikolizmin tələsinə düşən insanlar kapitulyasiyadan sonra ölkənin "yarı insanlar" tərəfindən idarə edilməsinə qərar verdilər. İndi 10 noyabrda olması lazım olan bir konsensus artıq formalaşmaqdadır. Konsensusa görə Nikol və onun dəstəsi ölkənin başında ola bilməz.
Kapitulyasiyadan sonra onlar bu günə qədər hələ də ərazilərin verilməsinə davam edirlər. Hətta buna bəyanatda nəzərdə tutulmamış ərazilər də daxildir. Bununla hər şeyi korlayaraq gələcəyimizə mina düzürlər.
Əgər erməni tərəfi məğlub və acınacaqlı cahil deyil, xəritəyə az-çox bələd olan mərhəmətli nümayəndə təqdim etsəydi, Zoddakı (Kəlbəcərdə yerləşən qızıl yatağı-red) biabırçılığın qarşısını almaq mümkün olardı. Ancaq bunlar yerindən tərpənmədi. Zod yatağını itirdik. Bu, yalnız başlanğıcdır.
Müqavilədə Laçın yolu boyunca 5 km genişlikdə olan dəhliz haqqında yazılır və bu dəhlizdə erməni əhalisi və yaşayış yerlərinin köçürülməsi barədə bir söz deyilmir. Ancaq anlaşılmaz avtoritet sahibi olan Nikol və "Facebook" klounu, qeybətçi Arayik Arutyunyan yolboyu kəndləri boşaltmaq əmri verir.
Müharibənin bitdiyinə ümid edən hər kəs Laçında nələrin baş verdiyini izləsin. Daha pis şeylər olacaq. Nikol Paşinyanın ölkə başında durduğu müddətdə biz məğlub olacağıq".
Oxşar xəbərlər
Tarixdə ilk dəfə-
İdman Xəbər
“Könüllünün öldürülməsindən dəhşətə gəldim” -
Son Xeberler
Azərbaycanda daha bir tanınmış şəxs koronavirusdan...
Son Xeberler
Lamine Yamal "Qızıl Top"da İlin Ən Yaxşı Gənc Futb...
Bugun.az
Hərbçilərimiz qızıl tozu ilə dolu anbar tapdı -
Son Xeberler
Araik Şuşaya əsas nəzarəti 5 noyabrdan itirdikləri...
Son Xeberler