11.06.2020 16:14
2
abunə
455
Afətin "Gelandewagen"ini soydular

Müğənni Afət Fərmanqızının avtomobilini soyublar.

Sənətçi bu haqda "Bu şəhərdə" komandası ilə İnstaqramda canlı yayımda olarkən deyib. O bildirib ki, hadisə Sumqayıtda baş verib. İfaçının "Gelandewagen" markalı maşının qapısını sındırıblar:


"Hər zaman dostlarıma deyirəm ki, maşında çanta qoymayın. Ona görə maşının şüşələrin sındırırlar. Sumqayıtda bir açılışa getmişdim. Çantanı qoydum maşının içinə, düşündüm ki, tez reklam edib qayıdacam. Çəkdi 40 dəqiqə... Mindim maşına, qapı qəribə gəldi. Düşündüm ki, istidən olub. Yol gedəndə qəfildən qapı açıldı, əlimlə tutdum. Yolda yaxşı ki, maşın yox idi, yoxsa qapını aparardı. Heç nə götürə bilməyiblər, amma min manat ziyana düşdüm. Polisə şikayət etmişəm, hələ xəbər yoxdur".

Daxil olun


x
This website is using cookies. More info. That's Fine