🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Son Xeberler
Son Xeberler
9 abunə
Bugun.az
Bugun.az
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Aynişan ilk dəfə həyat yoldaşı ilə boşanmalarından danışdı - FOTO

13.08.2020 09:52 693 baxış sayı 3 dəq. oxuma
Aynişan ilk dəfə həyat yoldaşı ilə boşanmalarından danışdı -

Gənc müğənni, blogger Aynişan Quliyeva ilk dəfə həyat yoldaşı Kənan Əliyev ilə barələrində çıxan boşanma xəbərlərinə aydınlıq gətirib.

Aynişan yayılmış bu xəbərlərə şəxsi ''İnstaqram'' hesabında münasibət bildirib.<ins'></ins'>

“Səhifəm Azərbaycanın ən güclü səhifələrindən biridir. Nə heç bir qalmaqala qarışmamışam bu günə kimi, nə də heç bir məşhurla sırf reklam olunum deyə, dostluq etməmişəm. Yeni layihəm olan mağazamın tanıtımı üçün isə nə heç kimin reklamına, nə də özümü bu qədər ucuz reklam etməyə ehtiyac duymuram.

Dəqiq bilmək istəyirsinizsə, elə o paylaşan səhifələr mənim hesabıma özünə reytinq toplamağa çalışır. Bu günə kimi nə mən, nə də həyat yoldaşım heç bir açıqlama verməmişik. Çünki hər bir açıqlama yeni bir mövzudur. “Instagram” və “Facebook” hesabımdan başqa heç bir hesabım yoxdur.

O ki qaldı kim kimi “unfollow” etdi, kim kimin şəklini sildi, məncə, bu, dünyada baş verən qlobal bir problem deyil. Hər ikimiz ailə tərbiyəsi görmüş, mədəni və sivil insanlarıq. Mənə görə narahat olan, yazıb mənə dəstək olan insanlar, siz çox yaxşı insanlarsınız. Sizin dəstəyinizin əvəzi yoxdur. Öpürəm o gözəl qəlbinizdən”.

Etiketlər

Paylaş: