Azərbaycanda 50.000 manata toya gedən müğənni kimdir? FOTO

25.06.2020 14:55 1,284 baxış sayı 2 dəq. oxuma
Azərbaycanda 50.000 manata toya gedən müğənni kimdir?

“Aygün Bəylər son zamanlar el şənliklərində çox iştirak etmir, ancaq toyda yarım saatlıq çıxış üçün 5000 AZN qarşılığında iştirak edir”.

Bu sözləri jurnalist Ülviyyə Alovlu “Bomba Tv” “Youtube” layihəsində deyib. O, bildirib ki, Əməkdar artist bütöv toyda çıxış etmək üçün toy sahibindən 50.000 manat istəyib.

“Aygün Bəylər çox zaman bütov toy aparmır, yarım saatlıq çıxış edir. Lakin bir dəfə toy yiyəsi ona bütöv toyu oxumağı təklif edib. İfaçı buna görə ondan 50.000 manat pul tələb edib. Toy yiyəsi onunla razılaşmaya gəlmək istəsə də müğənni sona qədər öz fikrindən dönməyib ”,- deyə o, bildirib.

Aygün Bəylər məhkəmədə iştirak etmədi

A
Musiqi müxbiri

Musiqi sənayesi və konsert həyatı haqqında yazıram. Muğam, pop, rok - hər bir janr öz hekayəsinə malikdir.

Bütün məqalələrə baxın
Paylaş: