🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Son Xeberler
Son Xeberler
9 abunə
Bugun.az
Bugun.az
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

"Bilsəydim, sizin verilişdir gəlməzdim" - Flora Kərimovadan sərt sözlər

16.06.2020 10:57 504 baxış sayı 2 dəq. oxuma
"Bilsəydim, sizin verilişdir gəlməzdim" - Flora Kərimovadan sərt sözlər

"Bilsəydim, sizin verilişdir gəlməzdim. Adamı çox pərt edirsiniz. Əgər mənə qulp qoysanız, övladlarımı köməyə çağıracam".

Bu sözləri Xalq artisti Flora Kərimova "Fatehin divanı" proqramında deyib. Müğənni aparıcıya iradını bildirib. Kərimova Fatehin "Fatmayidə bağda qalırsız" sualına belə cavab verib:


"Əcəb edirəm, Fatmayidə qalıram. Haranı istəyirəm, oranı seçirəm. Bir xanım var idi, (mərhum Xalq artisti İlhamə Quliyeva nəzərdə tutulub - red.) Maştağada otururdu, zəng vurana deyirdi, İsveçdəyəm. Deyirdilər, axı Maştağaya zəng vurmuşam? Deyir, Xalq artistiyəm, harada istəyirəm orada oluram. Mən də Xalq artistiyəm".


"Həyatınızın hansı dönəmi haqda danışmağıs evirsiz" sözlərinə müğənni "Müğənni tapın ki, həyatının hansısa məqamından ürəyiaçıq danışır. Yaşlı adamam, gələndə özümə yarım saat tumar çəkmişəm, məşq etmişəm ki, belə durum, elə durum. Gəlib burada da kamera qabağında fors edirəm. Amma sabah yazılanları görün" reaksiyasını verib.

Paylaş: