
"Çıxıb boşboğazlıq etmək istəmirəm"

Müğənni Emma Ələkbərzadə oğlu Davidlə keçirdiyi karantin günlərindən söz açıb.
Sənətçi "MTV Azərbaycan"a açıqlamasında bütün günü evdə keçirdiklərini söyləyib:
"Əli uşaqlı biriyəm. Əksər vaxt evdə oluram, iş görürəm. Karantin günlərində də küçəyə çıxmadıq. Mən, Sevda (bacısı, Əməkdar artist Sevda Ələkbərzadə - red.) və Davit evdə oturduq. Çox gözəl vaxt keçirdik.
Passiv olsam, heç yerə getməzdim. Əsas odur özümü yaxşı hiss edim. Hər evdə övlad olanda yorulursan. Xoş yorğunluqdur".
Efirlərə gec-gec çıxması haqda suala isə Ələkbərzadə "Kliplərim az deyil. Bu gün tez-tez klip çəkdirmək mənazıdır. Səhnəyə gələn gündən efirə az görsənmişəm. Ayda iki dəfə görsənmək bəsdir. Çıxıb boşboğazlıq etmək mənlik deyil" cavabını verib.
Oxşar xəbərlər

Paşinyan məzuniyyətə çıxıb
Son Xeberler

Real döyüş epizodu - Əsgərimiz qaçan erməni ovuna...
Son Xeberler

Pərvindən tənqidlərə cavab:
Şou Xəbər

Tolik canlı efirdə ağladı: "Bacımın günahı yoxdur...
Şou Xəbər

Netanyahu İran Xalqına Müraciət Etdi: Bu Müharibən...
Son Xeberler

Sosial şəbəkədə yayılan "UNO" görün nə imiş -
Son Xeberler