🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Efirdə gərgin anlar: "Ad çəkmirsənsə, danışma" - VİDEO

15.01.2021 15:14 1,021 baxış sayı 3 dəq. oxuma
Efirdə gərgin anlar: "Ad çəkmirsənsə, danışma" -

"Həmin Zaur" proqramında klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu, müğənni İzzət Bağırov və şairə Nazilə Səfərli arasında gərgin anlar yaşanıb.

Buna səbəb Hüseynin sosial şəbəkədə müğənnilərlə bağlı yazdığı status olub. Musiqiçinin "Ümid edirəm ki, bundan sonra musiqiçilər haqlarını kəsən bəzi müğənnilərə sözlərini deyə biləcəklər. Bu bir dərs oldu, heç birimiz acından ölmədik. İmkan verməyin pulunuzu hansısa müğənni yesin. Özünüzə hörmət edin, əziz zəhmətkeş musiqiçilər" sözlərinə İzzət və Nazilə etiraz edib.

İzzət bildirib ki, əgər Hüseyn həmin ifaçıların adını açıqlamırsa, danışmaq haqqı yoxdur:

"Deyirsən 90 faizini nəzərdə tuturam. Kimlərlə işləmisən? Biri mən, oradan pul aparıram? Heç olmasa faizi az deyərdin. Kimsə danışırsa, ad çəksin. Çəkə bilmirsənsə, söhbət etmək lazım deyil. Tək Hüseyn yox, bütün müğənnilərə aiddir sözüm. Çıxıb demə ki, ad çəkmirəm, filan hadisə oldu".

Hüseyn sənət adamlarını toyda verilən şabaşları cibinə qoymaqda qınayıb:

"Toyun pulu ilə böyümüşəm. Müğənnilərin 90 faizini demişəm. Kimləsə düşmənçilik etmirəm. Musiqiçilərə deyirəm ki, özünüzə hörmət edin. Toyda atılan şabaşları müğənni götürməməlidir. Götürüb gedib dərmana verir. O pulun hamısını aparmaq olmaz, günahdır. Musiqiçi qardaşlar var. Dediyimi təsdiqləyirəm".

Nazilə isə klarnet ifaçısına "Hüseyn bahalı musiqiçidir. Qiyməti açıqlamayım, ona nə verilsə azdır. Amma ən bahalı musiqi rəhbəridir. Danışdığını danışmısan, sənin nəyinə lazımdır şabaş? Toya getdiyin müğənnilər 10-15 min alır. Orda şabaş olur?" cavabını verib. 

Paylaş: