
Tatlısəs oğlundan polisə şikayət etdi

Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəs oğlu Əhməd Tatlısəsdən şikayətçidir.
İ.Tatlısəs oğlunun onu təhdid etdiyini iddia edib. Sənətçi Bodrum Polis Şöbəsində verdiyi ifadədə özünə məxsus 20 mənzilin satışında oğluyla fikir ayrılığı yaşadığını bildirib:
“Mənim Bitezdə 21 mənzilim var. Mənzillərin 20-sini tapdığım müştəriyə satacaqdım. Ancaq oğlum mənzilləri özünün satacağını və bu işə məni qarışdırmayacağını bildirib. Mənim mülklərə getməyimə əngəl ola bilmək üçün də “O, bura gəlsin görüşərik, onu gözləyirəm” şəklində təhdidvari cümlə söyləyib”,- deyə Tatlısəs ifadəsində qeyd edib.
Şikayətdən sonra oğul Tatlısəs polis şöbəsinə çağırılıb. İfadə verdikdən sonra isə sərbəst buraxılıb.
Cəmiyyət həyatı və sosial məsələlər haqqında yazıram. İnsanların hekayələrini dinləmək və danışmaq mənim işimdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Tatlısəsin sərvətindən uşaqlarına 1 qəpik də çatma...
Bugun.az

İbrahim Tatlısəs oğlunu həbs etdirdi
Bugun.az

İbrahim Tatlısəs 6-cı toy siqnalını verdi:
Ən Son Xəbərlər

Tatlısəs biabır oldu: İçki düşkünü, qumarbaz...
Bugun.az

SON DƏQİQƏ!
Son Xeberler

"Barselona" UEFA-ya Arda Güler Barədə Şikayət Etdi
Son Xeberler



