21.12.2020 14:15
2
abunə
335
“Türkvizyon”un qalibi məlum oldu

Bu il “Türkvizyon” Türk Dünyası Mahnı Müsabiqəsi COVID-19 pandemiyası səbəbindən onlayn formatda keçirilib.

26 ölkə və bölgənin təmsilçilərinin qatıldığı müsabiqənin qalibi ukraynalı Natalya Papazoğlu olub.
İkinci yerdə Rusiya (Saxa Yakutiya), üçüncü yerdə isə Bosniya və Herseqovina qərarlaşıb. Azərbaycan 5, Türkiyə isə 12-ci yeri tutub.

Qeyd edək ki, Türkiyənin Türk Musiqi Birliyi (TMB TV) telekanalının təşkilatçılığı ilə keçirilən müsabiqədə Türkiyə, Azərbaycan, Rusiya, Ukrayna, Belarus, Moldova, Bosniya və Herseqovina, Almaniya, Albaniya, Serbiya, Qırğızıstan, Qazaxıstan, Şimali Makedoniya, İraq, Polşa və digər ölkələrdən təmsilçilər iştirak ediblər. Qalibləri 26 nəfərdən ibarət münsiflər heyəti müəyyənləşdirib.

Müsabiqənin xüsusi “Tamaşaçı rəğbəti” mükafatı Azərbaycan xalq mahnısı “Sarı Gəlin”in ifasına görə verilib.(Azvision)

Daxil olun


x
This website is using cookies. More info. That's Fine