🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Son Xeberler
Son Xeberler
9 abunə
Bugun.az
Bugun.az
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

"Uşaqlarımı atıb getdim xaricə" - Mətanət ağladı

19.06.2020 10:34 583 baxış sayı 3 dəq. oxuma
"Uşaqlarımı atıb getdim xaricə" - Mətanət ağladı

"İnsan hər şeyə dözür, təkcı vicdan əzabına yox. İnsanın içi göynəyir. Ən çox övladlarıma baxa bilmədiyimə görə vicdan əzabı çəkirəm. Uşağa ən çox balaca vaxtında ana lazım olur. Böyüyəndə özü gedir, gəzir. Uşaqlarımın balacalığından doymadım. Baxıram ki, artıq böyüyüb. Deyirəm, o balaca uşaqlar hara getdi?".

Bu sözləri Əməkdar artist Mətanət İsgəndərli "Ən yaxşısı" verilişində deyib. Müğənni övladları ilə bağlı etiraflar edərkən ağlayıb. O bildirib ki, uşaqlarına körpə vaxtı baxa bilməyib:


"Qaçdım çörək dalınca. Ülkərin 1 yaşı var idi, qoydum anamın yanına. Kərimə də 7 yaşından anam-bacım baxdı. Aylarla xaricdə olurdum. Uşaqlar elə bilirdi ki, anaları onları atıb. Onların mənə ehtiyacı olan vaxtda yanlarında olmadım. Ehtiyacdan... Ehtiyac səni elə çaşdırır ki, övlad yadına düşmür. Allah ananı yaradır, övlad verir ki, ona baxsın. Kişi işləyər, gətirər (ağlayır).

Gəlinimi evə gətirəndə dedim ki, sənə köməkçi tutacam. Gedib yemək bişirmə, paltar ütüləmə, uşaq da kənarda ağlaya-ağlaya qalmasın. Otur ancaq uşaqlara bax. İmkanım var, indi edirəm.

Kərim (oğlu red.) deyir ki, ana, səni heç vaxt bağışlamayacam. Bizi atıb getdin xaricə və 6 ay gəlmədin. O vaxt da telefon yox idi, hər dəqiqə əlaqə saxlaya bilmirdim. Kərim elə bilib ki, onları atıb getmişəm. O vaxt qadınlar uşaqlarını atıb, gedirdi Türkiyəyə. Balalarımı atmaram axı, özümü öldürərəm. Deyir, məni aldadırdılar ki, çıx anan gəldi. Çıxırdım ki, yalandır. Səhərə qədər ağlayırdım. İndi uşaqlarımı hər görəndə vicdan əzabı çəkirəm".

Paylaş: