Valideynlərinin uğurlarından kənarda qalanlar - FOTO
Yerli şou-biznesdə valideynlərinin sənətini davam etdirən övladları az deyil.
İlk olaraq, Xalq artisti, pop diva Aygün Kazımovanın qızı İlqarə Kazımovadan danışaq. İllərdir şou-biznesdə liderliyi ilə seçilməyi bacaran Aygün Kazımovadan fərqli olaraq, qızı nədənsə istədiyi pilləyə gələ bilmir. Sənətdə bir qədər passiv fəaliyyət göstərən gənc müğənni uzun fasilələr verərək, ara-sıra işlər təqdim etsə də, İlqarənin anasının şou-biznesdəki zirvəsinə qalxa biləcəyi real görünmür.
Növbəti məşhur övladı son zamanları boşanma xəbəri ilə saytların xəbər başlıqlarında əsas yeri tutan Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyevadır. Aynişanın səsi məşhur “O səs Türkiyə” yarışmasından gəlsə də, bunu sənətdə anasının qazandığı uğurlarla müqayisə edə bilmərik. Xatırladaq ki, onu hətta “O səs Türkiyə” yarışmasında münsiflərin çoxu xəbər başlıqlarından sonra öz komandalarında görmək üçün bir-biriləri ilə yarışa girmişdilər. Yarışmadan sonra sənətdəki tənbəlliyi ilə Aynişanın həmkarı İlqarədən geri qalmadığını deyə bilərik. Ancaq Aynişanın tutduğu fərqli istiqamət olan dəb, makiyaj sahəsi üzrə blogerlikdə kifayət qədər uğur qazandığını demədən keçmək olmaz. Onun “Instagram” hesabı bir milyon izləyici toplaya bilib.
Sıradakı isim aşıq sənətinin ən parlaq nümayədələrindən olan Zülfiyyə İbadovanın oğlu Babəkdir. Gənc sənətçi daha çox anası ilə birgə ifa etdiyi duetlərlə tanınmağa başlayıb. Onu əksər hallarda Aşıq Zülfiyyə ilə bərabər telekanallarda görürük. Müğənni hələ ki sənətdə tutduğu pillədən razı görünür.
Xalq artisti Gülyaz Məmmədovanın oğlu da valideyninin sənətini davam etdirmək sevdasına düşənlərdəndir. Muğam ifaçısının oğlu Ramazan Şərifzadə anasından fərqli olaraq estrada janrında özünü sınamağa qərar verib. Gənc müğəninin ifası eşidənlər tərəfindən bəyənilsə də, tanınmağa gəldikdə valideynlərinin uğurunu qazanmaqda çətinlik çəkən sənətçi övladlarının siyahısında yer alır.
Daha bir məşhur övladı Şahmalı Taciroğlu atası muğam ifaçısı Tacir Şahmalıoğlunun sənətini davam etdirmək niyyətindədir. Onu da tez-tez atası ilə bərabər efirlərdə görə bilirik. Gözəl ifaları ilə qəlblərdə taxt qurmağı bacaran Tacir Şahmalıoğlunun belə sənətdə istədiyi və layiq olduğu yerdə olmadığını düşünənlər az deyil. Bunun səbəbi sənətkarın ciddi sənətdən daha çox toylara üstünlük verməsində görülür. Belə olduğu halda, müğənnin oğlunun sənətdə tutacağı istiqamət və qazanacağı uğur maraq doğurur.
Sırada şou-biznesə adını istər mahnıları, istərsə də qalmaqalları ilə adını həkk etdirməyi bacaran Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılovadır. Ədalətli davransaq, Aysunu yuxarıda adlarını qeyd etdiyimiz gənc sənətçilərdən bir qədər fərqləndirə bilərik. Sənətçi son bir ildə öz üzərində dayanmadan çalışır. Yeni mahnı və kliplər təqdim edir. Ancaq valideyninin tutduğu pilləyə hələ ki aşağıdan baxmaq məcburiyyətində qalan məşhur övladlarındandır. Onu da qeyd edək ki, gənc müğənni qatıldığı verilişlərdə ailə quran kimi sənətdən gedəcəyini bildirir. Bu prizmadan yanaşsaq, sənətin Aysun üçün keçici həvəs olduğunu düşünmək olar. Aysunun çalışqanlığının yaxın gələcəkdə bəhrə verib-verməyəcəyini isə zaman göstərəcək.
Bu da valideynlərinin sənət uğurlarından kənarda qalan övladları. Bizə isə onlara tutduqları çətin sənət yollarında ən az valideynlərinin olduğu pilləyə çatmalarını arzulamaq qalır.
Oxşar xəbərlər
Bakıda 29 yaşlı iş xanımı vəfat edib
Son Xeberler
Türk PUA-ları Avropa mediasının manjetində:
Son Xeberler
"Ofisiantlar işsizlikdən gileylənmir, sənətçilər p...
Şou Xəbər
Yeni statistika: New York-da xəstələrin 84%-i evdə...
Bugun.az
Xırdalanda güclü partlayış: Dağıntılar altında qal...
Son Xeberler
Haalandın tək qab yeməyi: Qol rekordundan sosial m...
Son Xeberler