🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Son Xeberler
Son Xeberler
9 abunə
Bugun.az
Bugun.az
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Zaur Kamalın verilişləri bağlanıb? - AÇIQLAMA

19.08.2020 06:19 475 baxış sayı 2 dəq. oxuma
Zaur Kamalın verilişləri bağlanıb? -

Xəzər TV-də yayımlanan və Zaur Kamalın aparıcılıq etdiyi "5də5" verilişinin bağlandığı haqda sosial şəbəkələrdə məlumat yayılıb.

 "azxeber.com" məsələni dəqiqləşdirmək üçün aparıcının özü ilə əlaqə saxlayıb. O deyilənləri təkzib edib:

"Hazırda məzuniyətdəyəm. Bu xəbərləri kimlər çıxarır bilmirəm. Amma ki, əsassızdır.

Zaur Kamal deyib ki, yeni mövsümdə aparıcısı olduğu hər iki veriliş yayıma davam edəcək:

"Yeni mövsümdə həm "5də5", həm də "Ay Zaur" verilişi yayımlanmağa davam edəcək. Verilişlərimizin hər birində yeniliklər olacaq. Format dəyişikliyi ola bilər, ancaq verilişlərim bağlanmayıb".

Qeyd edək ki, "5də5" və "Ay Zaur" verilişləri uzun illərdir ki, Xəzər Tv-də yayımlanır.

Etiketlər

Paylaş: