🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Sənan Musazadə: “İnsan uca varlıq kimi həmişə bu dünyanın bənzərsiz varlığı olaraq qalacaq”

13.11.2024 14:13 23 baxış sayı 2 dəq. oxuma
Sənan Musazadə: “İnsan uca varlıq kimi həmişə bu dünyanın bənzərsiz varlığı olaraq qalacaq”

Kompüter proqramçısı və proqram təminatı memarı, Boomstrick platformasının sahibi Sənan Musazadə internetdə özünün “Yeni dövrün sərhədləri: süni intellektin kölgəsində” podkastını dərc edib.

Bu tamamilə süni intellekt temalı podkast süni intellektin biznesə təsirini, işçi qüvvəsi üçün imkanlar və təhdidləri müzakirə edir. Süni intellektin rəssamlıq, musiqi və kino kimi sahələrdə təsirləri, çatışmazlıqları və insan yaradıcılığına necə dəstək verdiyi ifadə edilir. Ən əsası, bu podkast süni intellektin gələcəyi müəyyən qədər formalaşdırsa da, insanların bu həyatda özünəməxsus varlığını qoruyub saxlayacağını bildirir.

Gənc proqramçı fikrini tam olaraq belə ifadə etdi: “Ola bilsin ki, zamanın tələbləri dəyişəcək, onlar artıq dəyişib, lakin insan ali varlıq kimi həmişə bu dünyanın unikal varlığı olaraq qalacaq”.

Bundan əlavə, Sənan istifadə etdiyi cihazda 100-dən çox AI saytının olduğunu qeyd edir və gündəlik AI istifadəçisi olduğunu inkar etmir. O, müxtəlif sahələrdə hansı süni intellektləri tövsiyə etdiyini də qeyd edib.

Paylaş: