26 Yaşlı Pentium Kompüterdə Süni Zəka!
EXO Labs adlı tədqiqat qrupu, Meta şirkətinin Llama dil modelinə əsaslanan süni zəkanı Windows 98 əməliyyat sistemi ilə işləyən, 26 yaşlı bir kompüterdə işə salıb. Bu qədim kompüterdəki süni zəka modeli bir çox sadə tapşırığı yerinə yetirə bilir.
350 MHz tezlikli Pentium II prosessorlu köhnə bir Elonex kompüterdə aparılan sınaqlarda, Windows 98 əməliyyat sistemini yüklədikdən sonra EXO-nun Llama2.c əsaslı süni zəka modeli işə salınıb. Nəticələrə görə, model uydurma hekayələr yarada bilib. Pentium II prosessorlu kompüterdə süni zəka modelinin göstəricisi də təsir edici olub. 260 min parametrli model saniyədə 35.9 söz yarada bilibsə, 15 milyon parametrli model də saniyədə 1 sözdən çox yarada bilib. Lakin, 1 milyard parametrli daha böyük Llama 3.2 modeli daha yavaş işləyərək, saniyədə yalnız 0.0093 söz yarada bilib.
Oksford Universitetinin tədqiqatçı və mühəndislərindən ibarət olan EXO Labs, süni zəka sahəsində bir neçə iri şirkətin üstünlüyünə qarşı çıxmaq məqsədilə yaranıb. Təşkilat, süni zəkaya həddindən artıq fokusun mədəniyyətə, reallığa və cəmiyyətin digər əsas elementlərinə mənfi təsir göstərə biləcəyinə inanır. EXO, müxtəlif qurğularda süni zəka modellərinin təlimini və istifadəsini təmin edən açıq bir infrastruktur qurmağı planlaşdırır. Məqsəd, adi insanların inkişaf etmiş texnologiyalardan istifadə etməsinə imkan yaratmaqdır. Windows 98-də Llama quraşdırılması EXO Labs üçün yalnız bir başlanğıcdır. Komandanın qarşılaşdığı texniki çətinliklər, məsələn, məlumatları köhnə maşına ötürmək və mövcud kodu köhnə əməliyyat sistemi üçün tərtib etmək, ətraflı şəkildə bölüşülüb.
Oxşar xəbərlər
AMD İlk Özəl İnkişaf Etdirilmiş Süni Zəka Modelini...
Son Xeberler
Google Docs-a Süni Zəka ilə Güclü Dəstək
Texnologiya xəbərləri
Chrome Brauzerinə Süni Zəka İnqilabı Gəlir
Texnologiya xəbərləri
Süni Zəka ilə Aldatmacalar: FBI-dan Önleyici Tövsi...
Texnologiya xəbərləri
İki Saata İnsan Şəxsiyyətinin 85%-ni Təqlid Edən S...
Texnologiya xəbərləri
Məşhur Süni Zəka Tətbiqində Romantik Əlaqələr Qada...
Texnologiya xəbərləri