
Elden Ring: Gecə hökmranlığı - Ümidləri doğrultmadı

Dünya oyun sənayesinə böyük təsir göstərən Elden Ring oyunundan sonra çıxan əlavə hissə, "Gecə hökmranlığı" (Nightreign) bu həftə oyunçularla görüşdü. Yüksək gözləntilər yaradan oyun, tənqidçilərin və oyunçuların aşağı qiymətləndirmələri ilə From Software tarixinin ən az bəyənilən oyunlarından biri oldu.
Demon’s Souls, Dark Souls seriyası, Bloodborne, Sekiro: Shadows Die Twice və ən son Elden Ring kimi oyunları ilə həm oyunçulardan, həm də tənqidçilərdən böyük rəğbət qazanan From Software, demək olar ki, hər oyununda 80 baldan yuxarı tənqidçi reytinqləri əldə etməyi bacarıb. Lakin, "Gecə hökmranlığı" bu ənənəni davam etdirə bilmədi. Oyunun OpenCritic reytinqi 80, MetaCritic reytinqi isə 77 baldır. Bu rəqəmlər "Gecə hökmranlığını" From Software'nın 16 illik tarixində ən aşağı reytinq alan oyun kimi göstərir.
"Gecə hökmranlığı" əsas Elden Ring oyunundan fərqli bir oyun quruluşuna malikdir. Tək oyunçu təcrübəsi əvəzinə, çox oyunçulu, sağ qalma yönümlü bir quruluş seçilib. Oyunçular yeni bir region olan Limvelddə tək və ya üç nəfərlik qruplarla döyüşürlər. Hər oyun dövründə müxtəlif xəritələrdə müxtəlif düşmənlərlə qarşılaşırlar. Onların vəzifəsi yalnız bu düşmənləri məğlub etmək deyil, həm də oyun içindəki üç gün sağ qalmaqdır. Bu müddətin sonunda uğurlu oyunçular müxtəlif mükafatlar qazanırlar. Bu format, From Software'nin klassik tək oyunçu, atmosferik və çətin oyunlarından tamamilə fərqli bir təcrübə təklif edir.
Bu fərq, oyunun çıxışından bəri bəzi oyunçular tərəfindən şübhə ilə qarşılanıb. Ancaq studiyanın keçmiş nailiyyətləri nəzərə alınaraq, bir çoxları hələ də "Gecə hökmranlığının" yüksək keyfiyyət standartlarını qoruyacağına inanırdılar. Gözləntilərə baxmayaraq, ilkin məlumatlar bu inancı doğrultmadı. Steam-də oyunçuların rəylərinə görə, "Gecə hökmranlığı"nın müsbət reytinqi yalnız 73%-dir.
Oxşar xəbərlər

Elden Ring Yaradanlarının 26 Yeni Oyunu!
Texnologiya xəbərləri

Elden Ring Filminə Çevrilir! Rejissor Açığılandı
Texnologiya xəbərləri

Elden Ring Nightreign Oyununun 10 Dəqiqəlik Gamepl...
Texnologiya xəbərləri

Samsungdan Yeni Ağıllı Üzüklə bağlı Patent
Texnologiya xəbərləri

Acer, Ağıllı Üzüklər Bazarına "FreeSense Ring" ilə...
Texnologiya xəbərləri

Steam-də Ən Çox Yüklənən Oyunlar
Texnologiya xəbərləri