
Ferrari-dən Dənizlərə Qələbə: "Hypersail" yarış yelkənli gəmisi

Dünyada yüksək sürətli avtomobillərin sinonimi olan Ferrari, dəniz dünyasına öz imzasını atır. Şirkət, 2026-cı ildə tamamlanması planlaşdırılan "Hypersail" adlı yarış yelkənli gəmisi ilə ilk tam enerji təminatlı, folqa sistemli, mühərriksiz, külək, günəş və kinetik enerji ilə işləyən qayıq hazırlayır.
İtaliyada inşa edilən "Hypersail", 30 metr uzunluğunda, 20 metr enində və 40 metr hündürlüyündə, tarixdəki ən böyük tam folqa sistemli monohull yelkənli gəmi olacaq. Heç bir mühərrik, generator və ya köməkçi enerji qurğusundan istifadə etmədən, tamamilə öz enerjisi ilə hərəkət edəcək. Yelkən, sükan və kəll kimi bütün idarəetmə sistemləri davamlı enerji mənbələri ilə işləmək üçün dizayn edilib.
Folqa (sualtı qanad) texnologiyası sayəsində gəmi, klassik yelkənlilərdən fərqli olaraq, su səthinin üstündə hərəkət edir. Bu quruluş sürtünməni xeyli azaldır və yüksək sürətə imkan verir. Folqa texnologiyasının yüksək effektivliyi sayəsində "Hypersail", AC75 sinif yarış qayıqlarının çatdığı 50 düyün (təxminən 93 km/saat) sürət aralığında hərəkət etməyə hazırlaşır. Bu texnologiya hazırda Amerika Kuboku kimi böyük dəniz yarışlarında istifadə olunur.
Dəniz dizaynları ilə tanınan Guillaume Verdier, layihənin mühəndislik hissəsindən məsuldur. Verdierin memarlıq həlli, yelkənlinin kəlldəki folqa ilə üç, gövdənin ortasında isə iki sükan nöqtəsi ilə üç təmas nöqtəsində balansını saxlamağa yönəlib. Bu quruluş, yelkənlinin yüksək sürətli hərəkət zamanı balansını qoruması ilə yanaşı, çətin hava şəraitində də sabitliyini artırır.
“Hypersail”in dizaynı, Ferrari-nin Le Mans yarışlarındakı hiperavtomobil təcrübəsindən ilhamlanıb. Bu əlaqə, layihənin sürət, çeviklik və enerji effektivliyinə yanaşmalarını da əks etdirir. Bu layihə ilə Ferrari yalnız ekoloji cəhətdən təmiz bir yelkənli təklif etmir, həm də avtomobil sənayesindən kənarda texnoloji liderliyini nümayiş etdirir. "Hypersail"-in dəniz sınaqlarının 2026-cı ildə başlanması planlaşdırılır. Tamamlandıqdan sonra layihə yalnız öz enerjisini istehsal edən ilk folqa yelkənli olacaq. Bu, "Hypersail"-i dənizçilikdə davamlılığı və yüksək performansı birləşdirən öncü bir model edir.
Etiketlər
Oxşar xəbərlər

AirPods Sayəsində Oğurlanmış 575.000 Dollarlıq Fer...
Son Xeberler

Ferrari-nin İlk Elektrikli Avtomobili: Geri Sayım...
Texnologiya xəbərləri

"SpaceX"in kosmik gəmisi uğurla Yerə qayıtdı
Bugun.az

"Rusiya və Çin kosmik silah hazırlayır "-
Son Xeberler

“Hüseyn Cavid” gəmisi yenidən istismara qaytarıldı
Son Xeberler

Ferrari-nin Yeni Nəsil Grand Toureri: Amalfi Gəldi...
Texnologiya xəbərləri