
Firefox 138: Brauzerin ünvan sətrində inqilab!

Mozilla Firefox 138-də brauzerin ünvan sətrində gözlənilən yenilik baş verdi! Artıq sadəcə veb ünvanı yazmaqla kifayətlənməyəcəksiniz. Ünvan sətri, brauzer funksiyalarına birbaşa giriş imkanı verən çoxfunksiyalı idarəetmə panelinə çevrilib.
"@action" əmri ilə tarişçəni silmək, əlavələri görmək, yüklənmiş faylları açmaq və ya saxlanılan şifrələri idarə etmək kimi əməliyyatları birbaşa ünvan sətrindən edə bilərsiniz. Menülər arasında gəzməyə ehtiyac qalmır, hər şey əlinizin altında!
Bundan əlavə, ünvan sətrinə "@tabs", "@bookmarks" və "@history" kimi açar sözlər əlavə edilib. Bu əmrlərdən istifadə edərək, açıq sekmeler arasında axtarış aparmaq, saxlanılan nişanlara daxil olmaq və ya keçmişdə ziyarət edilmiş səhifələri asanlıqla tapmaq mümkündür.
Axtarış təcrübəsi də yeni interfeys sayəsində sadələşdirilib. Axtarış sistemini seçdikdə, sorğu URL ilə əvəz olunmur, ünvan sətrində qalır və istifadəçiyə vizual şəkildə təqdim olunur. Bu, axtarışını dəqiqləşdirmək və ya sorğunu dəyişmək istəyən istifadəçilər üçün böyük rahatlıq yaradır.
Firefox 138 ilə gələn digər dəyişiklik isə ünvan sətrindəki URL göstərilmə formatıdır. Yeniləmədən sonra brauzer ünvanlarda "https://" prefiksini göstərmir. Bu, daha sadə və oxunaqlı görünüş təmin edir.
Mozilla bu dəyişikliklərin istifadəçilərin veb təcrübəsini həm vizual, həm də funksional olaraq yaxşılaşdıracağını bildirir. Sizcə necə?
Oxşar xəbərlər

Firefox-da Çökmə Problemi Həll Edildi!
Texnologiya xəbərləri

Firefox brauzerindəki problemlər həll edildi!
Texnologiya xəbərləri

Firefox 132 Released with Important New Features
Texnologiya xəbərləri

Microsoft Ailə Təhlükəsizliyi Xidməti Google Chrom...
Texnologiya xəbərləri

Opera Brauzerinə Daxil Olmuş Tərcümə Xüsusiyyəti
Texnologiya xəbərləri

Prezidentdən icra hakimiyyətləri ilə bağlı
Son Xeberler