
GTA 6 artıq PlayStation Store-da!

Gözlənilən GTA 6 oyununun satışa çıxış tarixi – 26 may 2026-cı il kimi təsdiqləndikdən və ikinci treyleri yayımlandıqdan sonra, oyunun PlayStation Store səhifəsi də açılıb.
İndi oyunçular GTA 6-nın PlayStation Store səhifəsinə daxil olub, oyunu istək siyahılarına əlavə edə bilərlər. Lakin, qiymət və sistem tələbləri hələ ki, açıqlanmayıb.
Oyunun süjeti haqqında məlumatlar:
Baş qəhrəmanlardan biri ilk dəfə olaraq qadındır – Lusiya. Ona, ehtimal ki, kişidən olan tərəfdaşı Ceyzon da qoşulacaq. Oyunun əsas hadisələri 2002-ci ildəki GTA: Vice City oyunundan tanış olduğumuz Vice City şəhəri və Florida əyalətinə bənzəyən Leonida əyalətində cərəyan edəcək.
Treylerdə Luciyanın həbsdə olduğu, daha sonra isə tərəfdaşı ilə birlikdə cinayətlər törətdiyi göstərilir. Bu, “Bonni və Klayd” hekayəsini xatırladan bir cinayət-romantik hekayəyə işarədir.
Sosial media, viral videolar, TikTok-a bənzər kontent, influenser mədəniyyəti və müasir cəmiyyətə satirik yanaşma GTA 6-nın əsas mövzularıdır. İlk treylerdə bununla bağlı ipuçları artıq verilmişdi.
Qiymət və sistem tələbləri:
Rockstar Games hələ də rəsmi qiymət məlumatını verməyib. Ehtimal olunan qiymətlər aşağıdakı kimidir (rəsmi açıqlama gözlənilir):
• Standart versiya: 70-90$
• Lüks versiya: 100-120$
• Kolleksiyaçı versiyası: 150$ və daha çox
Sistem tələbləri də tam dəqiqləşməyib, lakin ehtimal olunan minimum və tövsiyə olunan parametrlər mövcuddur.
Etiketlər
Oxşar xəbərlər

Nintendo Switch Eksklüzivu PlayStation 5-ə Gəlir!
Texnologiya xəbərləri

PlayStation Plus Abunəçiləri üçün Resident Evil Sü...
Texnologiya xəbərləri

Steve Jobs PS1 Emulatorunu Təqdim Etdi: Apple Tari...
Texnologiya xəbərləri

Nintendo Switch: PlayStation 2-ni geridə qoydu!
Texnologiya xəbərləri

PlayStation 5 Pro'nun Qiyməti Xbox Rəhbərini Narah...
Texnologiya xəbərləri

Google Play Store-da milyonlarla ölçülən tətbiq si...
Texnologiya xəbərləri