
Hellblade II PlayStation 5-ə gəlir!

Ninja Theory şirkətinin əsəri olan və 2024-cü ildə Xbox Series X/S və PC üçün satışa çıxarılan "Senua’s Saga: Hellblade II" oyunu bu yay PlayStation 5 oyunçularına da təqdim olunacaq. IX əsr İslandiyasının qaranlıq atmosferində keçən oyun, psixoloji triller və aksiyon elementlərini bir araya gətirir.
Hellblade II-nin PlayStation 5-ə gəlişi, Microsoft şirkətinin son dövrlərdə həyata keçirdiyi çoxplatformalı genişlənmə strategiyasının bir hissəsi kimi dəyərləndirilir. Şirkət bu il ərzində "Forza Horizon 5", "Age of Empires II: Definitive Edition", "Age of Mythology: Retold", "Indiana Jones and the Great Circle" kimi oyunları da Sony konsoluna gətirib. Hellblade II isə "Project Latitude" adlı Microsoft təşəbbüsünün mühüm hissələrindən biridir. Bu layihənin məqsədi Xbox brendinin hüdudlarını genişləndirmək və şirkətin güclü oyun portfelini müxtəlif platformalara çatdırmaqdır.
Seriyanın ilk oyunu olan "Hellblade: Senua’s Sacrifice" 2017-ci ildə PS4 üçün satışa çıxarılmış, bir il sonra isə Xbox One platformasına gəlmişdi. Seriyasının ikinci hissəsi də PlayStation istifadəçiləri ilə görüşərək tarixi dövrü tamamlayacaq. Microsoft-un bu addımları texnologiya dünyasında uzun müddət davam edən "konsol-eksklüziv" oyun dövrünün yavaş-yavaş sona çatdığını göstərir. Şirkət yalnız öz platformasına oyun təqdim etmək əvəzinə, oyun portfelini daha geniş oyunçu bazasına çatdırmaqla gəlirlərini diversifikasiya etməyi və brend təsirini artırmağı hədəfləyir.
Oxşar xəbərlər

Nintendo Switch Eksklüzivu PlayStation 5-ə Gəlir!
Texnologiya xəbərləri

PlayStation Plus-a May ayında əlavə olunacaq yeni...
Texnologiya xəbərləri

PlayStation 5 Pro'nun Qiyməti Xbox Rəhbərini Narah...
Texnologiya xəbərləri

PlayStation 5 Satış Rəqəmləri Açıqlandı!
Texnologiya xəbərləri

Xbox, PlayStation-ı Onlayn Oyunlar Sahəsində Gerid...
Texnologiya xəbərləri

PlayStation 30 illik yubileyini qeyd edir!
Texnologiya xəbərləri