
Honor 400 Seriyası: Süni Zəka ilə İşləyən Kamera ilə Gəldi!

Mayın 22-də Honor şirkəti yeni Honor 400 və 400 Pro smartfon seriyasının satışa çıxarılma tarixini elan etdi. Şirkətin açıqlamasında süni intellekt dəstəkli yeni nəsil kamera sisteminə xüsusi vurğu edildi. Cihazların iyun ayında qlobal bazarda satışa çıxması gözlənilir.
Honor 400 seriyası, brendin qlobal bazardakı mövqeyini möhkəmləndirmək üçün atılan bir addım kimi qiymətləndirilir. Seriyanın standart modeli olan Honor 400, 120 Hz yeniləmə tezliyinə malik 6.55 düymlük AMOLED ekranla təchiz olunub. Qualcomm-un Snapdragon 7 Gen 3 prosessoru ilə işləyən cihaz, 8 GB RAM ilə yanaşı, 256 GB və 512 GB olmaqla iki fərqli yaddaş seçimi təklif edir.
Cihazların ən diqqətçəkən xüsusiyyəti isə süni intellekt dəstəkli kamera sistemidir. 200 MP əsas kamera, 12 MP ultraseh geniş bucaqlı linza və 50 MP ön kamera ilə müşayiət olunur. Telefon 5300 mAh batareya və 66W sürətli şarj dəstəyi ilə təchiz edilib. Cihazın qiymətinin təxminən 540 dollar olacağı gözlənilir.
Honor 400 Pro modeli isə daha böyük, 6.7 düymlük ekranla təchiz olunub və flaqman səviyyəli Snapdragon 8 Gen 3 prosessorundan istifadə edir. Bu model 12 GB RAM və 512 GB yaddaşa malikdir. Kamera sistemi 200 MP OIS dəstəkli əsas kamera, 50 MP telefoto linza, 12 MP ultraseh geniş bucaqlı və 50 MP ön kameradan ibarətdir. Cihaz, həmçinin dərinlik sensoru ilə təchiz edilib. Dayanıqlılıq baxımından IP68 və IP69 sertifikatlarına malik olan Honor 400 Pro, suya və toza qarşı yüksək səviyyədə qorunma təmin edir. Məhsul 100W sürətli şarj dəstəyi ilə 5300 mAh batareya ilə təchiz olunub. Pro modelinin satış qiymətinin isə təxminən 865 dollar olduğu bildirilir.
Oxşar xəbərlər

Honor 400 Seriyasının Avropa Qiyməti Açıqlandı!
Texnologiya xəbərləri

Apple Süni Zəka Prioritetlərini Açıqladı!
Texnologiya xəbərləri

Google Docs-a Süni Zəka ilə Güclü Dəstək
Texnologiya xəbərləri

Honor X9c Smart: 108 MP Kamera və 5800 mAh Batarey...
Texnologiya xəbərləri

Honor 300 Seriyası: Gözləməyə dəyər!
Texnologiya xəbərləri

Huawei-dən Süni Zəka ilə İşləyən Yeni Smart TV
Texnologiya xəbərləri