
İntel-in keçmiş baş direktoru səhvini etiraf etdi

İntel şirkətinin keçmiş baş direktoru Pat Gelsinger, verdiyi müsahibədə süni intellekt strategiyasında ciddi səhvlərə yol verildiklərini etiraf edib. Gelsinger, İntel-in süni intellektə yönəlmiş investisiyalarında əsasən nəticələrin çıxarılmasına (inference) fokuslandığını, lakin modelin öyrədilməsi və xüsusi sürətləndirici hardware-in inkişafında gecikdiyini bildirib.
O dövrdə süni intellekt texnologiyalarında nəticələrin çıxarılmasının önəmli hesab edildiyini, lakin rəqib şirkətlərin modelin öyrədilməsi və xüsusi AI çiplərinin inkişafında daha erkən addımlar atdığını qeyd edən Gelsinger, bu strateji prioritet səhvinin İntel-in bazarda geridə qalmasına səbəb olduğunu vurğulayıb. NVIDIA və AMD-nin həm performans, həm də enerji səmərəliliyi baxımından daha güclü həllər təqdim etdiyi bir zamanda İntel bu yarışda əvvəlki sürətini itirdi.
Bu müddət ərzində İntel tərəfindən hazırlanan Gaudi seriyası sürətləndiriciləri gözlənilən miqyasda data mərkəzlərində tətbiq olunmayıb. Şirkətin böyük ümidlərlə elan etdiyi "Falcon Shores" kimi layihələrin planlaşdırıldığı kimi həyata keçirilmədiyi bildirilib. Bu inkişaflar nəticəsində İntel, Xeon prosessorlarından başqa, süni intellekt hardware-i sahəsində rəqabətədavamlı alternativ təklif edə bilməyib.
Analitiklər şirkətin süni intellekt sahəsindəki gecikməsinin onlarla milyard dollar gəlir itkisinə səbəb olduğunu deyirlər. İntel-in yaşadığı bu vəziyyət, bir daha texnologiya dünyasında süni intellektin mərkəzi rolunu və hardware inkişaf strategiyasının kritik əhəmiyyətini ortaya qoyub. Gelsingerin açıqlamaları, İntel daxilində mövcud idarəetmə və strategiya strukturunun yenidən qiymətləndirildiyini göstərir.
Oxşar xəbərlər

Intel-in Baş İcraçı Direktoru vəzifəsindən istefa...
Texnologiya xəbərləri

Intel 13-cü və 14-cü Nəsil Prosessorlarda Sabitlik...
Son Xeberler

Intel Arrow Lake Prosessorlarında Problem Var, Həl...
Texnologiya xəbərləri

Intel Arc B570-in xüsusiyyətləri sızdırıldı!
Texnologiya xəbərləri

ABŞ Intel-ə 8,5 Milyard Dollarlıq Böyük Dəstək Ver...
Son Xeberler

Tesla ABŞ-da Ən Ucuz Elektrik Avtomobilinin Satışı...
Son Xeberler