
Kosmosda İnsan Bədəni Daha Tez Qocalır! Səbəb Nədir?

Yeni bir araşdırma, kosmosdakı mikroqravitasiya və radiasiyanın DNT-yə necə dağıdıcı təsir göstərdiyini ortaya qoyub. Sanford kök hüceyrə institunun direktoru Catriona Jamieson başçılıq etdiyi qrup Beynəlxalq Kosmik Stansiyada cib telefonu ölçüsündə bir cihaz vasitəsilə kök hüceyrələri izləyib.
Çanaq əməliyyatı keçirən xəstələrdən götürülmüş sümük iliyinin kök hüceyrələrinin araşdırılması göstərib ki, kosmosda olan hüceyrələr Yer kürəsindəkilərə nisbətən daha sürətli qocalır. Jamieson qeyd edir ki, kosmosda kök hüceyrələrinin funksiyası azalır və yenilənmə qabiliyyəti aşağı düşür. Bu, uzunmüddətli kosmik missiyalar üçün çox əhəmiyyətli məlumatdır, çünki kosmonavtların immun sisteminə və ümumi sağlamlığına ciddi təsir göstərə bilər.
Əvvəlki tədqiqatlar mikroqravitasiyanın sümük sıxlığını azalda biləcəyini, idrak funksiyasını pozabileceğini və görmə problemlərinə səbəb ola biləcəyini göstərib. Tədqiqatçılar bu sürətli qocalma prosesinin arxasında “qaranlıq genomun” olduğunu düşünürlər. Min illər əvvəl retrovirusların DNT-yə inteqrasiyası nəticəsində əmələ gələn bu genom insan DNT-sinin təxminən 55 faizini təşkil edir. Jamieson vurğulayır ki, bu DNT bölgələri kosmik stressə cavab olaraq aktivləşir və hüceyrələrdə həddindən artıq stress və sürətlənmiş qocalmaya səbəb olur.
Lakin alimlər yalnız problemi müəyyən etmirlər. Jamieson və onun komandası kök hüceyrələrinin qocalmasını yavaşlatmaq üçün dərmanların klinik sınaqlarına başlayıb. Bu tədqiqatlar kosmonavtların sağlamlığını qorumaq və xərçəng və regenerativ tibb tədqiqatlarını sürətləndirmək potensialına malikdir. Bundan əlavə, son tədqiqatlar göstərir ki, kök hüceyrələri Yerə qayıtdıqdan sonra bərpa ola bilər və mikroqravitasiyanın zərərli təsirlərini qismən aradan qaldıra bilər.
Oxşar xəbərlər

New York-da niyə koronavirusa yoluxanlar çoxdur?!
Bugun.az

İqlim dəyişikliyi kosmosda da fəsadlara səbəb ola...
Bugun.az

Kosmos şəraitində yemək hazırlana bilər
Bugun.az

757 Naməlum Hadisə! Pentagon "Biz Kosmosda Tək Dey...
Son Xeberler

Qatığa bir çimdik əlavə edin:
Tibbi məlumatlar

Yaponiya dünyanın ilk taxta peykini orbitə buraxdı
Texnologiya xəbərləri