Kris Evans Yenidən Kapitan Amerika Roluna Qayıdacaqmı?
Kris Evansın Kapitan Amerika rolunda yenidən görünməsi illərdir Marvel azarkeşlərinin ən çox müzakirə etdiyi mövzulardan biridir. Son zamanlar, Benedikt Kamberbəçin “Qisasçılar: Qiyamət Günü” filmi ilə bağlı açıqlamaları bu ehtimalı yenidən gündəmə gətirdi. Amma məşhur aktyor bu iddialara qəti cavab verdi.
Esquire jurnalına verdiyi müsahibədə Kris Evans, Marvel Kinematoqrafiya Kainatına (MKK) qayıtma ehtimalını bir daha rədd etdi. Aktyor Endgame filmindən bəri bu sualla daim qarşılaşdığını, hətta bezdiyini bildirdi və “xoşbəxt şəkildə təqaüdə çıxdığını” vurğuladı.
Evansın açıqlamaları, onun MKK-ya qayıdacağı barədə şayiələri yalanlasa da, azarkeşlər hələ də ümidlərini itirməyiblər. 2023-cü il müsahibəsində “heç vaxt demə” ifadəsini işlədən və Kapitan Amerika rolunun öz üçün çox əhəmiyyətli olduğunu deyən Evansın keçən il “Deadpool və Wolverin” filmindəki qısa görünüşü də ümidləri artırıb.
Bu şayiələr “Qisasçılar: Qiyamət Günü” filminin ətrafında qızışır. 2026-cı ildə gözlənilən filmin gələcəyi böyük bir sirr olaraq qalır. Russo qardaşlarının MKK-ya qayıdacağı və Robert Dauninin Doktor Dum rolunu oynayacağı barədə xəbərlər gəlsə də, Kris Evansın sürpriz bir qayıdışı hələki qaranlıqda qalır. Evans təqaüdə çıxdığını və qayıtmaq niyyətində olmadığını desə də, Marvelin böyük sürprizləri gizlətməkdə necə mahir olduğunu unutmamalıyıq.
Bəs sizcə, Kris Evans “Qisasçılar: Qiyamət Günü”ndə bir şəkildə görünəcəkmi?
Etiketlər
Oxşar xəbərlər
Şəhid kapitan Nəcməddin Savalanovun doğum günüdür...
Son Xeberler
“Mübarizəmizi qələbə ilə yekunlaşdıracağıq” -
Son Xeberler
"Sağ çıxacağımıza ümid etmirdik” -
Son Xeberler
Düşmənin hərbi obyektlərini məhv edən kapitan -
Son Xeberler
“Calexit” petisiyası yenidən gündəmə gəldi
Bugun.az
Yasamal hadisələrində vətəndaşa kobud davranan kap...
Son Xeberler