
Meta Bütün Süni Zəka Qruplarını Birləşdirir

Meta şirkəti süni intellekt strategiyasında köklü struktur dəyişikliyinə gedib. Müxtəlif komandalar tərəfindən aparılan bütün süni intellekt işləri yeni yaradılmış "Meta Superintellekt Laboratoriyaları" bölməsində birləşdirilib. Bu addımın məqsədi Meta-nın ümumi süni intellekt (ÜSİ) sahəsindəki işlərini daha mərkəzləşdirilmiş, əlaqələndirilmiş və qətiyyətli şəkildə aparmasına imkan yaratmaqdır.
Data etiketləmə sahəsində fəaliyyət göstərən Scale AI şirkətinin keçmiş baş direktoru Aleksandr Vanq yeni quruma rəhbər təyin edilib və Meta-da Baş Süni İntellekt Məsələləri üzrə Direktor vəzifəsini icra edir. Ona keçmiş GitHub baş direktoru Nat Fridman da qoşulub. Fridman Meta-da süni intellekt məhsulları və tətbiqi tədqiqatlara cavabdeh olacaq.
Son aylarda Mark Zukerberqin şirkətin ÜSİ sahəsindəki mövqeyini gücləndirmək üçün nəinki komanda strukturuna, həm də maliyyə və insan resursları baxımından intensiv investisiya prosesi apardığı müşahidə olunub. İyun ayında Scale AI-ya 14.3 milyard dollar sərmayə qoyan Meta, Aleksandr Vanqı da birbaşa öz heyətinə qatdı. Şirkət bununla da dayanmayıb və sahənin bir çox tanınmış simalarını özünə cəlb edib. Köhnə Google DeepMind baş tədqiqatçısı Pei Sun, Anthropic mühəndisi Joel Pobar və OpenAI-dan bir neçə nüfuzlu şəxs də daxil olmaqla 11 tədqiqatçıdan ibarət yeni qrup yaradılıb. Həmçinin, Meta Mira Murati tərəfindən təsis edilmiş Thinking Machines Lab, süni intellekt əsaslı axtarış sistemi Perplexity və İlya Sutskeverin rəhbərlik etdiyi Safe Superintelligence kimi qurumlarla əldə etmə danışıqları aparır. Bu təşəbbüslərin hər biri ÜSİ yönümlü texnologiyaların inkişafında mühüm rol oynayan müstəqil, lakin təsirli qurumlar arasındadır.
Yeni struktur Meta-nın yalnız sosial media platformaları ilə deyil, həm də ümumi süni intellekt yarışında mərkəzi aktyor kimi mövqeləndiyini göstərən ən aydın addımlardan biri kimi qeydə alınıb.
Etiketlər
Oxşar xəbərlər

Meta, Llama 4 Süni Zəka Modelini Təqdim Etdi!
Texnologiya xəbərləri

Apple Süni Zəka Prioritetlərini Açıqladı!
Texnologiya xəbərləri

Meta "Google"a Rəqib Olmaq Üçün Öz Axtarış Sistemi...
Bugun.az

Meta Şirkəti "Soyundurulmuş" Şəkillər Yaradan Süni...
Texnologiya xəbərləri

26 Yaşlı Pentium Kompüterdə Süni Zəka!
Texnologiya xəbərləri

WhatsApp Yeni Süni Zəka Xüsusiyyəti Təqdim Edir!
Texnologiya xəbərləri