MSI Claw 8 AI+ və Claw 7 AI+ oyun konsolları təqdim olunacaq!
MSI, portativ oyun konsolları bazarında mövqeyini möhkəmləndirmək üçün iki yeni cihaz, Claw 8 AI+ və Claw 7 AI+ hazırlayır. Intel Lunar Lake prosessorları ilə işləyən bu konsollar, süni intellekt xüsusiyyətləri ilə hər yerdə oyun təcrübəsi təklif etməyi hədəfləyir.
MSI-ın ən güclü portativ konsolu olan Claw 8 AI+, 120 Hz təzələnmə tezliyi və 500 nit parlaqlığı olan 8 düymlük ekranla təchiz olunub. Core Ultra 7 258V və ya 256V prosessoru və Intel-in Arc 140V qrafik kartı ilə işləyən cihaz, 32 GB LPDDR5X-8533 RAM variantı ilə təklif olunur. Digər tərəfdən, 80 Wh batareya ilə işləyəcək və 794 qram ağırlığında olacaq.
Claw 7 AI+ isə daha kiçik, 7 düymlük ekran təqdim edir, lakin Lunar Lake prosessoru ilə işləyir. 16 GB və ya 32 GB LPDDR5X yaddaş variantları təklif etməklə müxtəlif ehtiyaclara cavab verəcək.
Qeyd edək ki, Google Play Store-da 8 milyondan çox yüklənməsi olan 15 zərərli proqram aşkar edilib. Hər iki portativ konsol, xarici displeylər və yüksək sürətli periferiya üçün qoşa Thunderbolt 4 portlarına malikdir. Dekabr ayında rəsmi olaraq təqdim olunması gözlənilən bu cihazların ROG Ally və Steam Deck kimi modellərlə rəqabət aparması gözlənilir.
1 dekabr tarixində satışa çıxarılacaq 32 GB Claw 7 AI+ modelinin başlanğıc qiyməti təxminən 799 dollar, dekabr ayının sonunda satışa çıxarılacaq 32 GB Claw 8 AI+ modelinin başlanğıc qiyməti isə təxminən 899 dollar olacaq.
Oxşar xəbərlər
"Oyun Dünyasının Oscarı: Borderlands 4 və Mafia: T...
Texnologiya xəbərləri
Nintendo Switch 2: Gözlər Yanvarda!
Texnologiya xəbərləri
Honor GT Pro: Oyunçular üçün Budget Dostu Tablet
Texnologiya xəbərləri
2025-ci ildə Xbox Game Pass-ə əlavə olunacaq oyunl...
Texnologiya xəbərləri
ROG Phone 9 Pro: Mobil Oyunlarda Yeni Bir Dövr Baş...
Texnologiya xəbərləri
vivo X200 Pro Dizaynı Rəsmi Şəkildə Təqdim Edildi!
Texnologiya xəbərləri