🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Netflix Hesabınıza Dikkat! Fəsadkarlar Qənimətdir!

07.12.2024 11:03 16 baxış sayı 3 dəq. oxuma
Netflix Hesabınıza Dikkat!  Fəsadkarlar Qənimətdir!

Son zamanlar Netflix istifadəçilərini hədəf alan yeni bir fırıldaqçılıq üsulu yayılıb. İstifadəçilərə "Ödəniş problemləri səbəbindən hesabınız dayandırılıb" məzmunlu SMS mesajları gəlir. Bu mesaj Netflixdən gəlirmiş kimi görünür, amma əslində fitinq hücumunun bir hissəsidir.


Bəs fırıldaqçılar hansı üsulla insanları aldadırlar? Aldanmamaq üçün nə etmək lazımdır? Ətraflı məlumat xəbərimizdə... Netflix hesablarını hədəf alan fırıldaqçılıq və qaranlıq internet təhlükələrindən necə qorunmaq olar?


Əvvəlcə fırıldaqçıların istifadəçiləri necə tələyə saldıqlarından danışaq. Fırıldaqçılar Netflix adı altında istifadəçilərə SMS göndərir və SMS-dəki linkə klik etmələrini xahiş edirlər. Birinci mərhələdə qurbanlar saxta Netflix səhifəsinə yönləndirilir və onlardan giriş məlumatları istənilir. İstifadəçi məlumatlarını oğurladıqdan sonra, hücumçular ikinci mərhələdə qurbanın ödəmə üsullarını hədəf alırlar. Bu mərhələdə qurbanlardan kredit kart məlumatlarını daxil etməklə hesabı yenidən aktivləşdirmələri istənilir. Nəticədə, yalnız hesab məlumatları deyil, həm də maliyyə məlumatları fırıldaqçıların əlinə keçir.


Oğurlanmış Netflix hesab məlumatları tez-tez qaranlıq internetdə satışa çıxarılır. Bitdefender-in araşdırmasına görə, qaranlıq internetdəki belə bazarlarda yalnız Netflix deyil, digər bir çox platformaların da hesab məlumatları satılır. Oğurlanmış məlumatlar bir neçə dollara satıla bilir, daha böyük paketlərdə təklif olunan hesablar isə daha baha qiymətə satıla bilir.


Qaranlıq internetin nə olduğunu bilməyənlər üçün onu internetin qaranlıq tərəfi adlandıra bilərik. Adətən istifadə etdiyimiz internetdən fərqli olaraq, saxta kimliklər, saxta pullar və hətta silahlar kimi qanunsuz məhsulların ticarətinin aparıldığı bir platforma kimi təyin edə bilərik. Çünki burada gedən qaranlıq işlər təhlükəsizlik qüvvələri tərəfindən izlənilə bilmir.


Özünüzü necə qorumalıyıq?


Linkləri yoxlayın: Mesajlarda və ya e-poçtlarda verilən linklərə klik etmədən əvvəl URL-i diqqətlə yoxlayın. Əsl Netflix ünvanı ilə uyğun olmayan linklərdən çəkinin.


Birbaşa Netflix ilə əlaqə saxlayın: Şübhəli hallarda, Netflix-in rəsmi dəstək xətti ilə əlaqə saxlayın və mesajın həqiqiliyini yoxlayın. Ən kiçik şübhəniz olsa belə, linkə klik etməkdən çəkinin. Çünki əmin olun ki, riskə dəyməz.


Şəxsi məlumatlarınızı paylaşmayın: Onlayn olaraq şəxsi və ya maliyyə məlumatlarınızı paylaşarkən diqqətli olun.


Paylaş: