🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Nvidia Rekord Gəlir Elədi!

30.05.2025 06:03 19 baxış sayı 2 dəq. oxuma
Nvidia Rekord Gəlir Elədi!

Süni intellekt çiplərinə olan qlobal tələbat sayəsində sürətli inkişafını davam etdirən Nvidia şirkəti 2025-ci ilin birinci rübü üçün maliyyə nəticələrini açıqladı. Şirkət bu dövrdə 44.1 milyard dollar gəlir əldə edib. Bu rəqəm bazarın gözləntisindən (45 milyard dollar) bir qədər aşağı olsa da, ötən ilin eyni dövrünə nisbətən 69 faiz artım deməkdir. Nvidia gəlirini rekord səviyyəyə çatdırdı!


Nvidia-nın illik xalis mənfəəti də əhəmiyyətli dərəcədə artıb. Ötən ilin eyni dövründə 14.9 milyard dollar olan xalis mənfəət bu rübdə 26 faiz artaraq 18.8 milyard dollara çatıb. Səhmdar başına gəlir 60 sentdən 76 sentə yüksəlib. Şirkətin ümumi gəlirinin 88 faizini təşkil edən məlumat mərkəzi bölməsi 39.1 milyard dollar gəlir əldə edərək illik bazada 73 faiz artım göstərib. Qrafik çipləri və oyun avadanlığı seqmenti isə illik 42 faiz artaraq 3.8 milyard dollara çatıb.


Bu artıma baxmayaraq, Nvidia qlobal ticarət məhdudiyyətlərindən də təsirlənib. ABŞ hökumətinin Çinə çip ixracatına qoyduğu məhdudiyyətlər xüsusilə H20 model süni intellekt çiplərini hədəf alıb. Şirkət bu məhdudiyyətlərin dəyərini təxminən 8 milyard dollar olaraq açıqlayıb. Bütün bu məlumatlar göstərir ki, Nvidia qlobal miqyasda strateji mövqeyini daha da möhkəmləndirib. Xüsusilə məlumat mərkəzləri və süni intellekt infrastrukturuna olan tələbat şirkətin gəlirlərinin böyük bir hissəsini təşkil etməkdə davam edir.


Paylaş: