
OnePlus 150 Vt Sürətli Şarjlı Power Bank Təqdim Etdi

OnePlus, yeni bayraqman telefonu OnePlus 13T ilə yanaşı, SuperVOOC 150 Vt sürətli şarj texnologiyasını dəstəkləyən yeni power bankini də təqdim etdi. 20000 mAh gücündə batareyaya sahib olan bu portativ şarj cihazı həm gücü, həm də istifadə rahatlığı ilə seçilir.
Power bank, 100 Vt güc verə bilən bir USB-A və bir USB-C çıxışı ilə təchiz olunub. Bundan əlavə, 100 Vt gücündə USB-C kabeli də daxildir. SuperVOOC texnologiyasına əsaslanan cihaz, 100 Vt + 50 Vt kombinasiyası təklif edir və PD 100 Vt, PPS və Quick Charge protokolları ilə uyğun gəlir.
OnePlus bildirir ki, bu power bank 2021 MacBook Pro-nu cəmi 30 dəqiqədə 0%-dən 54%-ə qədər şarj edə bilir və təxminən 2 saatda tam şarj edir. Aşırı şarj və boşalma qarşısını alan təhlükəsizlik tədbirləri ilə təchiz olunmuş cihaz, təyyarədə təhlükəsiz istifadə edilə biləcəyini təsdiq edən xüsusi sertifikata malikdir. LED ekran yalnız batareyanın səviyyəsini göstərir. Power bankın qiyməti isə 48 dollar elan edilib.
Bu məhsul haqqında nə düşünürsünüz? Gündəlik həyatınızda power bankdən istifadə edirsiniz?
Oxşar xəbərlər

OnePlus Ace 5: 1.5K ekran və 16 GB RAM ilə partlay...
Texnologiya xəbərləri

OnePlus Ace 5: Xüsusiyyətləri Açıqlandı!
Texnologiya xəbərləri

OnePlus 13R-in satışa çıxacağı tarix açıqlandı!
Texnologiya xəbərləri

OnePlus Telefonlarında Android 15/OxygenOS 15 Yeni...
Texnologiya xəbərləri

OnePlus 13 Sürətli Şarjı ilə Hamını Qabaqladı!
Son Xeberler

OnePlus-dan Yeni Bayraqdar Modelləri Gəlir!
Texnologiya xəbərləri