OpenAI ağıllı robot bazarına qədəm qoyur!
Süni intellekt xidmətləri ilə məşhur olan OpenAI şirkəti, öz ağıllı robot istehsalına başlayacaq. Bu xəbər bir çox xəbər agentliyi və sənaye ekspertləri tərəfindən təsdiqlənib. Şirkətin humanoid robotlar istehsal edən startaplara yatırımları bunun əsas sübutudur.
OpenAI-ın yatırım etdiyi şirkətlərdən biri də Figure AI-dır. Bu şirkət tərəfindən yaradılan Figure 02 robotu, OpenAI-ın da iştirak etdiyi son investisiya turunda 625 milyon dollar qazanıb. Bundan əlavə, OpenAI, Figure 02-nin hazırlanmasında Figure AI ilə əməkdaşlıq edərək, sənaye mühitləri üçün süni intellekt modellərinə səs komandası dəstəyi əlavə edib.
Sam Altman'ın şirkətinin robot bazarına ilk dəfə girməsi deyil. Altman əvvəllər Rubik kubunu həll edən robot qolu hazırlayıb, hətta robot AI modellərinin təliminə xidmət edən Roboschool simulyasiya alətlərini yaratmışdı. Lakin bu layihə 2021-ci ildə bağlanıb.
OpenAI-ın sərmayə qoyduğu digər şirkət isə Norveç şirkəti 1X-dir. Bu şirkət, saatda 15.7 km sürətlə hərəkət edən EVE adlı humanoid robotun yaradıcısı kimi tanınır. Sam Altman, bu robotlarda da istifadə edilə biləcək xüsusi süni intellekt çipləri inkişaf etdirmək üçün Broadcom və TSMC ilə də əməkdaşlıq edir.
Gözlənilənə görə, ağıllı robot sənayesinin bazar dəyəri 2032-ci ilədək 66 milyard dollara çatacaq. Bu da bir çox şirkətin bu sektora marağının səbəbini izah edir.
Oxşar xəbərlər
Apple İndi Ağıllı Eynək İnkişaf Etdirir!
Texnologiya xəbərləri
ChatGPT üçün İnkişaf Etmiş Səs Rejimi Artıq Burada...
Texnologiya xəbərləri
"9-cu ilə qədəm..." - Xatirə
Şou Xəbər
Microsoft və OpenAI-ın gizli anlaşması üzə çıxdı!
Texnologiya xəbərləri
İnsanabənzər Robot Unitree G1 Təqdim Olundu!
Texnologiya xəbərləri
Qarabağda yaradılacaq “ağıllı şəhər” və “ağıllı kə...
Son Xeberler