Texnologiya xəbərləri
Texnologiya xəbərləri

11.10.2024 14:03

1 abunə

13

Redmi Note 14 Pro 4G: Bizə Nə Vəd Edəcək?

Redmi Note 14 Pro 4G: Bizə Nə Vəd Edəcək?
Redmi Note 14 Pro 4G-nin qlobal bazarlarda satışa çıxacağı barədə xəbərlər yayılıb.

Keçən ay təqdim olunan Redmi Note 14 seriyasına 4G modelinin əlavə olunacağı gözlənilir. Bu smartfona Redmi Note 14 5G, Note 14 Pro 5G və Note 14 Pro Plus 5G qoşulacaq.

XiaomiTime saytının məlumatına görə, Redmi Note 14 Pro modelinin IMEI bazasında 24116RACCG model nömrəsi ilə qeydə alındığı aşkar edilib.

Bu, smartfonun texniki xüsusiyyətləri və satış tarixi barədə məlumat vermir, lakin cihazın tezliklə satışa çıxacağının göstəricisidir.

Redmi Note 14 Pro 4G-nin MediaTek çipləri ilə təchiz olunacağı gözlənilir.

Pro 5G versiyasından fərqli olaraq, Redmi Note 14 Pro 4G-nin daha aşağı texniki xüsusiyyətlərə sahib olacağı ehtimal olunur.

Redmi Note 14 Pro 5G-nin xüsusiyyətləri aşağıdakı kimidir:

Prosessor: Dimensity 7300-Ultra

Ekran: 6.67 düym OLED, 120Hz yeniləmə tezliyi, 480Hz toxunma tezliyi

Arxa Kamera: 50MP əsas kamera, 8MP ultrab geniş kamera, 2MP dərinlik sensoru

Ön Kamera: 20MP

Batareya: 5500mAh

Sürətli Şarj: 45W sürətli şarj

Su və Toz Müqaviməti: IP66/IP68/IP69

Yaddaş Variantları: 128GB / 256GB / 512GB

RAM: 8GB / 12GB

Qiymət: 1399 Yuan – 1899 Yuan

Rəng Seçənləri: Bənövşəyi, Yaşıl, Ağ, Qara