🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
Texnologiya xəbərləri
Texnologiya xəbərləri
5 abunə

Samsung Yeni Bir Dövrə Qədəm Qoyur!

08.07.2025 07:03 7 baxış sayı 4 dəq. oxuma
Samsung Yeni Bir Dövrə Qədəm Qoyur!

Son illərdə istehsal problemləri ilə boğuşan Samsung Foundry, əsaslı bir dönüş nöqtəsindədir. 2022-ci ildə aşağı məhsuldarlıq səviyyəsi (cəmi 35%) səbəbindən Qualcomm kimi əsas müştərisini rəqib TSMC-yə (70% məhsuldarlıq) itirən şirkət, chip istehsalındakı etibarını sarsıtmış və sektoradakı mövqeyini zəiflətmişdi. İndi isə Samsung Foundry, 2nm istehsal prosesi ilə yenidən ayağa qalxmağa çalışır.


Bu 2nm hərəkəti ilə Samsung sektorunda yeni bir dövrə qədəm qoya bilər. Keçən il Exynos 2500 prosessorlarında yaşanan istehsal problemləri, Galaxy S25 seriyasında planlaşdırılan strategiyaya xələl gətirmişdi. Şirkət Galaxy S25 və S25+ modellərini əsasən öz Exynos prosessoru ilə satışa çıxarmaq istəsə də, kifayət qədər istehsal edə bilmədiyindən Qualcomm-un Snapdragon 8 Elite prosessoruna üz tutmalı oldu. Bu ani dəyişiklik Samsung üçün gözlənilməz 400 milyon dollar əlavə xərcə səbəb oldu.


Bənzər bir risk gələn il satışa çıxarılacaq Galaxy S26 və Galaxy S26+ modelləri üçün də mövcuddur. Samsung bu modellərdə yeni nəsil Exynos 2600 prosessorundan istifadə etmək istəyir. Lakin bu, Samsung Foundry-nin 2nm texnologiyası ilə kifayət qədər prosessor istehsal edə bilməsindən asılıdır. Bir zavodun məhsuldarlıq dərəcəsi, istehsal zamanı silikon lövhələrdən alınan qüsursuz çiplərin faiz nisbətidir. Kütləvi istehsala başlamazdan əvvəl ümumiyyətlə 70% məhsuldarlıq hədəflənir. Bu səviyyənin altında olan istehsal prosesləri daha yüksək xərclər və məhdud məhsul çıxışı deməkdir. Samsung Foundry-nin hazırkı 2nm istehsal prosesinin məhsuldarlıq dərəcəsi 40%-dir. Bu dərəcənin ilin sonuna qədər sənaye standartı olan 70%-ə yaxınlaşması gözlənilir.


Əgər bu uğur əldə olunarsa, Samsung Foundry yenidən yalnız öz smartfonları üçün deyil, həm də qlobal chip bazarında TSMC-yə alternativ olma şansı qazanacaq. Bu məqamda diqqət çəkən ən vacib inkişaflardan biri də Nvidia-nın yeni nəsil GPU-larının istehsalı imkanının olmasıdır. Cənubi Koreyadan gələn yeni bir hesabata görə, Samsung Foundry, Nvidia-dan 2nm GPU sifarişi üçün əsas namizədlərdən biridir.


Süni intellekt sürətləndiriciləri kimi fərqlənən GPU-lar, paralel emal qabiliyyətləri sayəsində süni intellekt və maşın öyrənməsi yükünü CPU-lardan daha sürətli emal edə bilir. Bu, Nvidia üçün ən səmərəli və yüksək keyfiyyətli istehsalı təmin edə biləcək zavodu seçməyi olduqca vacib edir. Əgər Samsung bu işi qazanarsa, sənayedəki imici yalnız chip istehsal gücü baxımından deyil, həm də etibarlılıq və texniki bacarıq baxımından dəyişə bilər.


2025-ci ilin birinci rübündə Samsung Foundry-nin qlobal bazar payı 7,7%, TSMC-nin bazar payı isə 67,6% olub. Nvidia ilə potensial əməkdaşlıq bu fərqi azaltmaq üçün vacib bir addım hesab olunur. Samsung Foundry artıq yüksəlişə keçə bilər. Şirkət artıq Nvidia tərəfindən hazırlanan Tegra T239 prosessorunu istehsal edib. Bu çip Nintendo Switch 2 oyun konsolunu idarə edir və TSMC-dən alınan bu işin Samsung tərəfindən 8nm Deep Ultraviolet (DUV) istehsal prosesi ilə həyata keçirilməsi rəqabətin yenidən formalaşdırıla biləcəyini göstərir.


Samsung Foundry-nin chip istehsalına olan etimadı yenidən qazanması həm mobil cihazlar, həm də süni intellekt avadanlıqları üçün böyük əhəmiyyət daşıyır. Şirkətin 2nm texnologiyasında əldə edəcəyi səmərəlilik dərəcəsi və Nvidia kimi aparıcı brendlər ilə qurulacaq əməkdaşlıq yalnız Samsungun deyil, bütün yarımkeçirici sektorunun dinamikasına təsir edə bilər.


Paylaş: