Samsungdan Cüzdanı Yandırmayan Yeni Telefon!
Samsung, əlçatan qiymətli telefonlar seriyasını genişləndirməkdə davam edir və çox keçmədən Galaxy F06 modelini satışa çıxaracaq. Son məlumatlara görə, telefonun dizaynı və əsas xüsusiyyətləri artıq bəllidir. Galaxy F06-nın dizaynı əvvəlki modellərdən fərqli olaraq yenilənib. Yayılmış şəkillərə əsasən, telefonun kamerası iPhone X-ə bənzəyir. Əvvəlki model iki dairəvi kameraya malik idi. Telefonun ön paneli haqqında hələlik məlumat yoxdur, ancaq etibarlı mənbələrə görə, ekran-bədən nisbəti standartlara uyğun olacaq və büdcə telefonlarında adi olan damla formalı çentik olacaq.
Galaxy F06, 6.7 düymlük HD+ LCD ekranla təchiz olunacaq. MediaTek Helio seriyasından prosessorla işləyəcək deyilir. 50 MP + 2 MP arxa kamera və 8 MP ön kamera ilə gələcək. 5000 mAh batareyası və 25 Vt sürətli şarj dəstəyi olacaq. 128 GB-a qədər daxili yaddaşa və microSD kart dəstəyinə malik olacaq və Android 13 əsaslı One UI Core ilə işləyəcək.
Telefonun bu ilin sonu və ya gələn ilin əvvəlində satışa çıxarılması gözlənilir və qiymətinin təxminən 94 dollar olacağı düşünülür. Sizcə necə?
Oxşar xəbərlər
Samsungdan Sürpriz: Əlverişli Qiymətə Qatlanan Tel...
Texnologiya xəbərləri
Samsungdan Əlverişli Qiymətə Qatlanan Telefon: Gal...
Texnologiya xəbərləri
Motorola-dan Cüzdanı Yandıran İki Yeni Telefon!
Texnologiya xəbərləri
Samsungdan ucuz qatlanan telefon gəlir!
Texnologiya xəbərləri
Ərdoğanla Zelenskinin telefon danışığı olub
Son Xeberler
WhatsApp Telefon Nömrəsi Olmadan İstifadə Edilə bi...
Bugun.az