
Sony Xperia-nın "Vida"sı?

Bir zamanlar Samsung və Apple ilə bir sırada ad çəkilən Sony Xperia smartfonları, bazarını tədricən itirir. Finlandiyadan tamamilə çıxması rəsmən təsdiqlənən Sony, Avropanın bir çox ölkəsində rəsmi satış kanallarında demək olar ki, görünməz olub. Bu, Yapon texnologiya gigantının səssizcə, amma qəti şəkildə mobil bazarından uzaqlaşdığını göstərir.
Sony rəsmiləri SuomiMobiili texnologiya saytına bildirib ki, yeni modellər, xüsusən də Xperia 1 VII, Finlandiyada artıq satılmayacaq. "Bazar gəlirliliyi və müştəri tələbatı" kimi amilləri nəzərə aldıqlarını, lakin dəqiq səbəbləri açıqlamamaqda davam edirlər. Onlayn satış kanallarına yönəldiklərini iddia etsələr də, Almaniya, Fransa, İspaniya və Böyük Britaniya kimi bir çox Avropa ölkəsində mövcud Xperia modelləri ya anbarlarda yoxdur, ya da Sony-nin rəsmi saytında siyahıda belə görünmür.
Xperia 1 VII ilə bağlı texniki problemlər bu geriləməni daha da aydınlaşdırır. Avropa və Yaponiyada bəzi istifadəçilər cihazların birdən-birə söndüyü və yenidən başladığı barədə şikayətləndikdən sonra, Sony Yaponiyada satışları müvəqqəti olaraq dayandırdı və Avropa müştərilərindən üzr istədi. Vəziyyət yalnız Avropa ilə məhdudlaşmır; ABŞ-da Sony smartfonlarını rəsmi saytında təqdim etmir, hətta Xperia 1 VI heç bu ölkədə satışa çıxarılmayıb.
Bir zamanlar bazarı ələ keçirmiş Sony, Yaponiyada belə ilk beş smartfon istehsalçısı arasında yer almır. Google-un Pixel seriyası yapon istehlakçıları arasında sürətlə populyarlıq qazanıb və Sony-ni əvəz edib. Sony-nin yüksək səviyyəli telefonlarının istehsalını üçüncü tərəf şirkətlərə həvalə etməsi, şirkətin mobil əməliyyatlarından tamamilə uzaqlaşdığını göstərir. Əvvəllər orta səviyyəli modellər üçün tətbiq olunan bu siyasət indi bayraqman məhsullara da şamil edilir.
Sony-nin mobil bölməsi uzun müddətdir ki, çətinlik çəkir. Şirkətin qlobal bazar payı çox azdır və bir çox bazarda məhsullarını fiziki mağazalarda tapmaq çətindir. Texnologiya və kamera həvəskarlarının sadiq bir kütləsi olsa da, bu, Sony-ni saxlamağa kifayət deyil. Sony Finlandiya mövcud istifadəçilərə proqram təminatı yeniləmələri və texniki dəstək təqdim edəcəyini bildirib. Ancaq bir zamanlar nəhənglər olan Samsung və Apple ilə rəqabət edən Xperia brendinin bu səssiz geri çəkilməsi, daha çox sənayedən vida etmək kimi görünür.
Oxşar xəbərlər

Sony Xperia 5 V üçün Android 15 yeniləməsi gəldi!
Texnologiya xəbərləri

Sony Xperia 10 VII: Qlobal satışa hazırlaşır
Texnologiya xəbərləri

Sony Xperia 1 VII: Güclü Xüsusiyyətləri və Qiyməti...
Texnologiya xəbərləri

Sony Xperia 1 VII-nin Çıxışı Təxirə Salındı
Texnologiya xəbərləri

Sony-nin Bayraqdar Telefonunun Sifarişləri Ləğv Ed...
Texnologiya xəbərləri

Sony-nin Bayraqdar Telefonunun Satışı Yaponiyada D...
Texnologiya xəbərləri