
Suzuki yeni loqo ilə gələcəyə addım atır

22 ildən sonra Suzuki öz loqosunu yeniləyərək daha müasir və minimalist bir dizayn təqdim edib. İkonik "S" hərfi daha düz, parlaq gümüş rəngdə təsvir olunub, xrom örtüyündən isə imtina edilib.
Yeni loqo ilk dəfə 31 Oktyabr - 9 Noyabr tarixlərində Yaponiyada keçiriləcək 2025 Mobil İxrac Sərgisində nümayiş etdiriləcək konsept modellərində görünəcək. Şirkət bu dəyişikliyi, rəqəmsal dövrün yeni imkanlarından yararlanmaq istəyi ilə əlaqələndirib.
Xrom örtüyünün çıxarılması isə həm ekoloji təsirin azaldılması, həm də şirkətin inkişafının yeni mərhələsinə keçidinin simvolu kimi qiymətləndirilir. Qeyd edək ki, Suzuki'nin tanış "S" loqosu ilk dəfə 1 Oktyabr 1958-ci ildə məşhur dizayner Masamiçi Tezeni tərəfindən yaradılıb. Tezeni, Yapon məbədlərinin damlarının əyri xətlərindən və yapon qılınclarının iti uclarından ilham alıb.
Yeni loqo ilə yanaşı, "Yanınızdayıq" şüarı da təqdim olunub. Bu şüar, şirkətin müştəriləri ilə daha sıx əlaqələr qurmaq istəyini əks etdirir. Elektrikli avtomobillərə və rəqəmsallaşmaya yönəlmiş yeni strategiyası ilə uyğunlaşan bu modernləşmə, Suzuki'nin texnoloji cəhətdən daha inkişaf etmiş və ekoloji baxımdan daha məsuliyyətli bir imic yaratmaq səylərini göstərir. Beləliklə, Suzuki öz zəngin tarixini qoruyaraq, gələcəyin mobil həllərinə keçid edir və yeni nəsil istehlakçıların dilinə uyğun bir dil yaradır.
Oxşar xəbərlər

OpenAI Özəl Çipləri ilə Gələcəyə Doğru Addım Atır!
Texnologiya xəbərləri

“Turan Tovuz” klubu “Tovuz”dan imtina edir
Bugun.az

Nissan, Honda və Suzuki 200.000-dən çox avtomobili...
Son Xeberler

Logoların hazırlanması
Sayt.az

Range Rover Yeni Loqosu ilə Lüks Səviyyəsinə Yenid...
Texnologiya xəbərləri

Elektrikli Dacia Duster Gəlir!
Texnologiya xəbərləri