🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Telegramda Süper Zəka: Grok Gəlir!

29.05.2025 17:03 22 baxış sayı 2 dəq. oxuma
Telegramda Süper Zəka: Grok Gəlir!

Elon Maskın xAI şirkəti, Telegramla 300 milyon dollarlıq bir anlaşma imzaladı. Bu razılaşmanın nəticəsi olaraq, bu yaydan etibarən Telegram istifadəçiləri Grok süni intellektindən istifadə edə biləcəklər.


Telegramın qurucusu Pavel Durov, Grok-un bazarda ən yaxşı süni intellekt texnologiyası olduğunu bildirərək, 1 milyarddan çox istifadəçiyə bu texnologiyaya çıxış imkanı yaradılacağını açıqladı. Grok, Telegramın axtarış panosuna birbaşa inteqrasiya olunacaq.


Bu sayədə istifadəçilər mövzu əsaslı söhbətlər yaratmaq, ağıllı mətn redaktəsi aparmaq, söhbət və sənədləri xülasə etmək, qrup söhbətlərini idarə etmək kimi funksiyaları Grok vasitəsilə yerinə yetirə biləcəklər.


300 milyon dollarlıq əməkdaşlıq yalnız pul deyil, həm də kapital dəstəyini əhatə edir. Tərəflər, Telegram platformasında satılacaq xAI abunəliklərindən əldə olunan gəlirləri bərabər şəkildə bölüşəcəklər. Yəni Grok, Telegram daxilində birbaşa kommersiyalaşdırılacaq.


Durov, Telegram Premium abunə sistemi barədə də danışdı. Verdiyi məlumata görə, ödənişli istifadəçilərin sayı son bir ildə iki dəfə artaraq 15 milyonu keçib. Telegram son zamanlarda gəlir modelini şaxələndirmək üçün addımlar atarkən, Grok inteqrasiyası da bu strategiyaya daxil olacaq.


Əvvəlcə X platformasında təqdim olunan Grok indi dünyanın ən böyük mesajlaşma tətbiqlərindən biri olan Telegrama köçürülür. Bu barədə nə düşünürsünüz?


Paylaş: