
Tesla Cybertruck üçün əlavə batareya paketi ləğv edildi

Tesla şirkəti, elektrikli pikapı Cybertruck üçün əvvəllər elan etdiyi əlavə batareya paketini səssizcə ləğv edib. Şirkət bu əlavə avadanlığa sifariş verən müştərilərə ödənişlərinin qaytarıldığını bildirib.
Ləğv edilən batareya moduli, Cybertruckun yük platformasının üçdə birini tuturdu. Bu paketin ikimoturlu versiyanın sürüş məsafəsini 750 kilometrdən çox artıracağı gözlənilirdi. Lakin, 2024-cü ildə bu göstərici 716 kilometrə endirildi və məhsulun satışa çıxarılması 2025-ci ilin ortalarına təxirə salındı. Daha sonra şirkət məhsulun istehsalının tamamilə dayandırıldığını və sifariş verən müştərilərə ödənilən əmanətlərin qaytarılacağını açıqladı.
Teslanın bu qərarının səbəblərini açıqlamamasına baxmayaraq, sənaye analitikəri hesab edir ki, yük platformasının təxminən 30%-ni tutması, yalnız səlahiyyətli servis mərkəzlərində quraşdırılıb çıxarılması və yüksək qiyməti səbəbindən istifadəçilərin marağı az olub. 2019-cu ildə Cybertruck təqdim edilərkən, üçmotorlu versiyanın təxminən 800 kilometr sürüş məsafəsi olacağı və qiymətinin 70.000 dollar olacağı bildirilmişdi. Ancaq 2023-cü ilin sonunda satışa çıxarılan modellər bu vədlərə cavab vermədi. Hazırda ən uzun sürüş məsafəsinə malik olan versiya, təxminən 523 kilometr sürüş məsafəsi təklif edən və qiyməti 79.990 dollar olan ikimoturlu AWD modelidir.
Etiketlər
Oxşar xəbərlər

Tesla “Cybertruck” avtomobillərini geri çağırdı
Bugun.az

Tesla Model Y Juniper, yenə bir video ilə gündəmdə...
Texnologiya xəbərləri

Tesla, İstanbulda Yeni Pop-Up Mağazasını Açdı
Son Xeberler

Böyük Britaniyada Tesla Cybertruck Yolundan Çıxarı...
Texnologiya xəbərləri

Tesla Cybercab Robot Taksisini Təqdim Etdi!
Texnologiya xəbərləri

Tesla 700 Min Avtomobil Çağırır!
Texnologiya xəbərləri