🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Azərbaycanda yayılan virus nədir? - İNFEKSİONİST DANIŞDI

06.11.2024 09:27 73 baxış sayı 2 dəq. oxuma
Azərbaycanda yayılan virus nədir?

Son zamanlarda insanlar arasında yayılan virus təkcə qrip deyil. Çünki havaların soyuması özü ilə bərabər müxtəlif növ virusların yayılmasına da səbəb olur.

Bəs yeni yayılan virus nədir? Bundan necə qorunmaq olar?

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, ilboyu müxtəlif infeksion xəstəliklərə rast gəlinir.

Onun sözlərinə görə, hazırda əhali arasında arabir hərarətin yüksəlməsi, ümumi zəiflik, baş və əzələ ağrıları, yuxarı tənəffüs yollarının zədələnməsi əlamətləri olan öskürək, boğaz ağrısı, burun axması və ya tutulması kimi, bəzən isə ürəkbulanma, qusma, qarın işləməsi kimi hallar müşahidə edilir:

“Bunlara səbəb əsasən müxtəlif virus infeksiyalarıdır. Kəskin respirator virus infeksiyalarından adenoviruslar təkcə tənəffüs yollarını deyil, mədə-bağırsaq sistemini də zədələyə bilir, eyni zamanda hər iki sistemin zədələnmə əlamətləri ilə müşayiət olunan rotavirus, hava-damcı və təmas ilə daha çox yayılan enterovirusları da yaddan çıxarmaq olmaz. Bu infeksiyalar əsasən yüngül, əksər hallarda fəsadsız keçir, qısa müddətdə sağalır”.

İnfeksionist bildirib ki, bu hallardan özümüzü qorumaq üçün xəstəlik əlamətləri olan şəxslərlə yaxın təmasdan çəkinməli və əl gigiyenası qaydalarına əməl etməliyik:

“Qripə qarşı həssas əhali qruplarının vaksinasiyası tövsiyə olunur”.

Paylaş: