Balıqla qatığı eyni anda yemək zəhərlənməyə səbəb olur? - ARAŞDIRMA

29.10.2024 07:15 237 baxış sayı 1 dəq. oxuma
Balıqla qatığı eyni anda yemək zəhərlənməyə səbəb olur?

ABŞ Milli Biotexnologiya İnformasiya Mərkəzi (NCBI) tərəfindən aparılan araşdırmaya görə, balıq və süd məhsullarının eyni anda yeyilməsi qida zəhərlənməsinə səbəb olmur.

Əksinə, bəzi mütəxəssislərə görə, bu iki məhsulu birlikdə yemək sümük sağlamlığı üçün çox faydalıdır; lakin burada nəzərə alınması lazım olan vacib bir məqam var.

Balıq və süd məhsulları tez xarab olan qidalar olduğundan, onlar yalnız köhnə olduqda zəhərlənməyə səbəb olur.

Bayat balıqda "histamin" adlanan zülalın miqdarı artır. Bu zülal qatıqda da var.

İkisini də birlikdə yesəniz, bədəninizdəki histamin pik həddə çatacaq və zəhərlənəcəksiniz.

E
Elm müxbiri

Elm və tədqiqat mövzularında yazıram. Fizika üzrə təhsil almışam, elmi kəşfləri sadə dillə izah etməyə çalışıram.

Bütün məqalələrə baxın
Paylaş: