🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Son Xeberler
Son Xeberler
9 abunə
Bugun.az
Bugun.az
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Gözlər yalan söyləməz - Bu əlamətlər varsa, DƏRHAL həkimə müraciət edin

14.11.2024 17:08 64 baxış sayı 4 dəq. oxuma
Gözlər yalan söyləməz

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə dünyada 253 milyon insan görmə qüsuru il yaşayır. Lakin qüsurlar vaxtında aşkarlanarsa, 80%-dən çox insan rahatlıqla müalicə olunaraq göz problemlərindən azad oluna bilər.

Buna görə də oftolmoloqun müntəzəm müayinəsi çox vacibdir. Əgər aşağıdakı simptomlardan hər hansı birini özünüzdə müşahidə edirsinizsə, təcili həkimə müraciət edin:

1. Gözdə qızarıqlıq

Hər iki gözdə eyni anda qızartı varsa, bu, soyuqdəymə və ya konyuktivit əlaməti ola bilər. Yalnız bir gözdə qızartı sklerit və ya uveit kimi daha dərin iltihabı göstərə bilər. Sklerit gözün xarici qoruyucu qişasının iltihabı, uveit isə göz almasının orta təbəqəsinin iltihabı və şişməsidir. Sklerit göz iltihabının ağırlaşmasında revmatizm, maddələr mübadiləsinin pozulması, qrip və s. infeksiyon xəstəliklər rol oynayır. Gözün ağ hissəsi yırtılmış qan damarları ilə örtülübsə həmçinin qırmızı, iltihablı görünürsə, bunun səbəbi yorğunluq, normal yuxunun alınmaması və ya allergiya ola bilər.

2. Gözlərdə ağrı

Göz ağrısı qlaukomaya (qara su), quru göz sindromu, buynuz qişa travması hətta göz xərçənginə səbəb ola bilər. Ağrılarla birlikdə şiddətli spazmalar konyuktiv kimi göstərə bilər. Bakterial konyuktiv, antibiotic və göz damcıları ilə müalicə tələb edir. Həmçinin gözə yad hissəciklərin daxil olması səbəbi ilə də ağrı və narahatlıq hiss edilə bilər.

3. Gözlərdə “gecə korluğu”

“Gecə korluğu” simptomu insanın gecə və ya qaranlıqda görməsində çətinlik çəkməsi ilə müşahidə olunur. Məsələn, gecə maşın sürmək və ya qaranlıq kinoteatrda yer tapmaq. Gecə korluğu anadangəlmə problem də ola bilər həmçinin müxtəlif xəstəliklərlə birlikdə inkişaf edə bilər. Məsələn:

1. Miyop

2. Katarakta

3. Keratokonus

4. A vitamini çatışmazlığı

5. Gözlərdə quruluq və “qum”

Quru göz sindromu gözyaşının olmaması və ya onların az miqdarda olması ilə xarakterizə olunur. Nəticədə göz səthi nəmləndirilmir və gözdə yad cisim hissi və yanma halları ilə müşahidə olunur. Bu vəziyyətə uzun müddət diqqət yetirilmədikdə, buynuz qişada çapıqlar əmələ gəlir və bu dagörmə itkisinə səbəb ola bilər.

5. Gözlərdə “uçan ləkələr” effekti

Adətən, insanların əksəri aşırı günəşli havada yaxşı işıqlandırılmış otaqlarda və ya açıq havada gözlərində kiçik ləkələr görür. Bu fasilələrlə müşahidə olunursa normal haldır. Ancaq bəzən bu əlamət torlu qişanın qopması kimi ciddi bir göz probleminin əlaməti ola bilər. Bu simptom periferik görmədə işıq yanıb-sönməsi və ya qaranlıq kölgələr hissi ilə müşayiət olunur. Bu hallarda dərhal müalicə, ağırlaşmış halda isə əməliyyat tələb olunur. Əks təqdirdə qişanın qopması korluğa səbəb ola bilər.

  1. Gözlərin səyirməsi

Gözlərin səyirməsi öz-özünə yox olan və müalicə tələb etməyən çox yayğın və adətən zərərsiz bir simptomdur

Bu simptom adətən əlaqələndirilə bilər:

1. Böyük dozada spirt, kofein, nikotinin istifadəsi

2. Yorğunluq və stress

3. Yuxunun olmaması

Çox nadir hallarda göz səyirməsi sinir sistemi probleminin (dağınıq skleroz) əlaməti ola bilər. Ancaq sinirlə əlaqəli olduqda danışma və gəzmədə çətinlik çəkmək simptomları da müşahidə edilir.

Paylaş: