🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

İnsan həftə ərzində nə qədər ət yeməlidir? - Həkim açıqladı

10.11.2024 12:30 53 baxış sayı 2 dəq. oxuma
İnsan həftə ərzində nə qədər ət yeməlidir?

Ət zülal və digər qida maddələrinin mühüm mənbəyidir, lakin həddindən artıq yeyildikdə bir sıra sağlamlıq problemlərinə yol aça bilər.

Oxu.Az-ın Gazeta.ru-ya istinadən xəbərinə görə, bu barədə rusiyalı həkim-qastroenteroloq Yevgeni Belousov nəşrə müsahibəsində danışıb.

Onun sözlərinə görə, bunun qarşısını almaq üçün həkimlər qırmızı ət qəbulunu həftədə 500-600 qrama qədər məhdudlaşdırmağı məsləhət görürlər.

"Böyük miqdarda qırmızı ətin, xüsusən də emal edilmiş ətin müntəzəm istehlakı yoğun bağırsaq xərçəngi riskini artırır. Ətin qızardılması və ya hisə verilməsi zamanı kanserogen maddələr əmələ gələ bilər ki, bu da məhsulu sağlamlıq üçün təhlükəli hala gətirir", - deyə Yevgeni Belousov bildirib.

Bundan əlavə, ətin tərkibində doymuş yağın yüksək olması ürək-damar sisteminin sağlamlığına mənfi təsir göstərə bilər. Bu yağlardan çoxlu miqdarda istifadə qanda xolesterinin səviyyəsinin artmasına və aterosklerozun inkişafına gətirib çıxara bilər.

"Ətin keyfiyyəti də mühüm rol oynayır. Çox vaxt əlavə konservantlar və doymuş yağlar ehtiva edən kolbasa və sosiska kimi emal edilmiş ətlər xüsusi təhlükə yaradır. Az yağlı çeşidləri seçmək, həmçinin qida rasionuna daha çox bitki mənşəli zülal mənbələri - paxlalılar, qoz-fındıq və toxumlar daxil etmək daha məsləhətlidir. Bu, riskləri azaltmağa və ümumi sağlamlığı yaxşılaşdırmağa kömək edəcək", - deyə həkim qeyd edib.

Etiketlər

Paylaş: