
İntihar edənlər ən çox bu əmələ bazar ertəsi əl atırlar - ARAŞDIRMA

Dünya üzrə 40 il ərzində baş verən intiharların təhlilinə əsasən, insanların bazar ertəsi günü intihar etmə ehtimalı həftənin digər günləri ilə müqayisədə daha yüksəkdir və yeni il günü bu risk daha da artır.
BMJ tibb jurnalında dərc olunan və 1971-ci ildən 2019-cu ilədək 26 ölkədə 1,7 milyon intiharın təhlil edildiyi tədqiqata görə, intihar riski bütün ölkələrdə bazar ertəsi günü zirvəyə çatarkən, dünya üzrə regional fərqlər müşahidə olunur.
Şimali Amerika, Asiya və Avropanın bir çox ölkələrində həftə sonları daha az intihar hadisələri qeydə alınır, lakin Cənubi və Mərkəzi Amerika ölkələrində, Finlandiya və Cənubi Afrikada həftə sonu intihar riski artır.
Tədqiqatda təhlil edilən Avropa ölkələri arasında Çexiya, Estoniya, Finlandiya, Almaniya, İtaliya, Rumıniya, İspaniya, İsveçrə və İngiltərə yer alır.
Etiketlər
Oxşar xəbərlər

"Alma" Yeni Məhsullarını Təqdim Edəcək
Bugun.az

Bu tarixlərdə iş olmayacaq -
Son Xeberler

Bakı sakınlərinin nəzərinə:
Son Xeberler

Cəlilabadda 50 yaşlı kişi intihar edib
Son Xeberler

Xüsusi karantin planı hazırlanır-
Son Xeberler

Bakıda intihar edən gəncin kimliyi bilindi
Son Xeberler