Saç boyaları öldürür - Xanımlar mütləq oxusun
"Saçın quruluşunda xarici təbəqə var ki, özündə su saxlayır, xarici təsirlərdən qoruyur, kimyəvi tərkibli boyalar isə həmin təbəqəni dağıdır"
Sonxeber.az musavat.com-a istinadən bildirir ki, Böyük Britaniyada saçını boyatmaq istəyən 27 yaşlı Rayan Briqsin halı pisləşib. Onun üzü deformasiyaya uğrayaraq eybəcər hal alıb. Dərhal xəstəxanaya çatdırılan oğlanın allergiya səbəbindən bu hala düşdüyü məlum olub. Hazırda onun həyatına təhlükə yoxdur.
Məlumdur ki, saç boyalarından bir qayda olaraq, zərif cinsin nümayəndələri istifadə edirlər. Maraqlıdır Azərbaycanda gözəllik salonlarında bu hal tez-tezmi yaşanır? Bənzər fəsadlar olurmu? Bununla bağlı araşdırma aparmaq üçün bir neçə gözəllik salonuna baş çəkib real vəziyyətlə maraqlandıq.
İlk olaraq saç ustası Maral Qurbanova bildirdi ki, allergik reaksiyalar boyaların növlərinə əsasən baş verir: "İki cür rəng var: kimyəvi və bitki tərkibli rənglər. Ən yaxşısı bitki tərkibli olanlardır. Onlar kefiyyətli və qalıcıdırlar. Saça parıltı verir və tökmür. Amonyakı çox olan rənglər isə ziyanlıdır. Çünki saçı və dərini yandırmaqla yanaşı, həssas adamlarda allergik reaksiyaya səbəb olur. Bu rənglərin bir çoxu zirzəmilərdə küstar üsulla hazırlanır. Onların tərkibi isə ümumiyyətlə, bəlli deyil. Belə müştərilərimiz çox olub. Onların gözü şişir, dəriləri qızarır. Hərə öz bədənini tanımalı və nəyə allergiyası olduğunu bilməlidir".
Məlhəm Beynəlxalq Hospitalın həkim dermatoloq Pərviz Dadaşov deyir ki, saç boyaları cəmiyyətdə geniş yayılıb.Demək olar ki, 18 yaş üzərində olan bütün xanımlar saçlarını boyayırlar: "Boyalar 3 tipə bölünür. Birincisi keçici saç boyalarıdır. Onlar saça sürüldükdən və 1-2 dəfə yuyulduqdan sonra gedir. İkinci saç boyaları yarıqalıcıdır ki, bunlar 5-6 dəfə yuyulduqdan sonra gedir. Bunlar saçın dibinə hopmurlar. Amma ən qorxduğumuz qalıcı saç boyalarıdır ki, onların tərkibində hidrogen pereoksid və ya ammonium-hidroksid deyilən maddələr var. Bunlar saçın xarici təbəqəsindən daxilə keçdikdə keratin tərkibində olan kükürd molekulları ilə birləşir, daha böyük həcmə gəldikləri üçün çölə çıxa bilmirlər və daim o saç rəngini dəyişirlər. Bu saç yalnız dibdən yeni saç çıxdıqda yenilənir.
Həmin saç bir daha köhnə rənginə qayıtmır. Ən pislərdən biri də saç rəngini açan maddələrdir. Bunlar da toplumda geniş istifadə olunur. Onlar da saçı zədələyir. Saç boyalarının zərərli olub-olmaması haqda düşündükdə saçın quruluşunu bilməliyik. Saçın quruluşunda xarici təbəqə var ki, özündə su saxlayır. O, saçı xarici təsirlərdən qoruyur və nəm saxlayır. Kimyəvi tərkibli boyalar həmin təbəqəni dağıdır. Dağılan saçlar kövrək, qırılqan, quru və ətraf mühitə qarşı həssas olurlar.
Və saç 50 faiz civarında tamlığını itirir. Saç boyalarının saçdan başqa allergik zərərləri də ola bilər. Qızartı, qaşınma verə bilər. 2006-2008-ci illərdə bəzi saç boyalarının xərçəng yaratma riski araşdırılıb və məlum olub ki, sidik kisəsi xərçənginə saç boyaları ilə məşğul olan bərbərlərdə daha çox rast gəlinib. Amma son dönəmlərdə bu araşdırmaların nəticələri tam müəyyən edilməyib".
Onun sözlərinə görə, 2006-cı ildə Avropa Birliyinin tibib komissiyasının toplanıb saç boyalarını müzakirə etməsi nəticəsində əvvəllər saç boyalarında istifadə edilən 22 maddənin istifadəsi qadağan edilib: "Amma bu o demək deyil ki, indiki saç boyalarındakı maddələr çox yaxşıdır, yəni bunları istifadə etmək olar. Hətta organik, təbii adla istifadə edilən saç boyalarının tərkibində orqanizmə zərərli kimyəvi maddələr var. Digər aspektdən baxdıqda insan saçını boyamaq məcburiyyətindədirsə, seçim olaraq qalıcı boyalardan istifadə etməsin. Ən idealı isə süni boyalardan istifadə etməmək, təbii-xına kimi boyalardan istifadə məsləhətdir".
Dermatoloq Fərhad Qarayev bildirib ki, saç boyalarının tərkibində olan maddələrə qarşı bəzi insanlarda sadəcə allergik reaksiya olur: "Bu o demək deyil ki, onlar zərərlidir. Bu, sadəcə, həmin insanların həmin maddələrə qarşı həssaslığından irəli gəlir. Onlar o tərkibdə olan vasitələrdən uzaq durmalıdırlar. Bu maddələr boya, kosmetik vasitələrdə, təbii qidalarda da ola bilər. Hansısa saç boyasında hansısa maddənin zərərli ola bilməsi fikrini tədqiq etməli, araşdırmalı və tapmalıyıq".
Oxşar xəbərlər
“EVRO İNŞAAT MMC” Palitro Boyaları şirkətindən ord...
Son Xeberler
Koronavirus bizi bu 3 səbəbə görə öldürür –
Son Xeberler
Sarımsağın bilmədiyiniz möcüzəvi faydaları
Xəbər Anı
Qripdən Necə Qorunmaq Olar?
Bugun.az
Kaliforniya Səhiyyə Departmenti Trumpa görə əhaliy...
Bugun.az