🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Şirkətlərin gizli oyunu: insanları belə zəhərləyirlə - ŞOK ARAŞDIRMA

28.10.2024 13:55 45 baxış sayı 3 dəq. oxuma
Şirkətlərin gizli oyunu: insanları belə zəhərləyirlə

Dünyanın aparıcı elektron siqaret şirkətləri nikotinin alternativlərini araşdırır. "Metil nikotin" və ya "metanin" kimi tanınan alternativ nikotinin insanlara zərərləri ilə bağlı araşdırmalar aparılsa da, nəticənin əldə olunması illər çəkə bilər.

Qlobal siqaret şirkətləri zərərləri açıq-aşkar üzə çıxan nikotini müxtəlif kimyəvi maddələrlə əvəz etmək üçün hərəkətə keçib.

Elektron maye istehsalçıları “Hangsen International Group” və fərqli siqaret alternativləri üzərində işləyən “Zinwi Biotech” və “Smoore International”dan bu barədə məlumatlar əldə edilib.

Məlumatlar bu cür kimyəvi maddələrin təhlükəsiz olub olmadığını müəyyən etmək üçün daha çox araşdırmaya ehtiyac olduğunu ortaya qoyub. Lakin bu maddələr artıq elektron siqaretlərdə və ABŞ-da bəzi buxarlandırıcılarda istifadə olunur. Tədqiq olunan kimyəvi maddələrdən olan "metanin" və "metil nikotin" laboratoriyada istehsal olunur. Tədqiqatçılar xəbərdarlıq edirlər ki, bu maddələr orijinal nikotindən güclüdür və daha çox asılılıq yaradır.

Sözügedən məhsulları ABŞ Qida və Dərman Administrasiyasının (FDA) yoxlamasından yayındırmaq üçün yeni üsul hazırlandığı ortaya çıxıb.

Tütün məmulatları ABŞ-da satışa çıxarılmazdan əvvəl FDA təsdiqini almalıdır. ABŞ Torakal Konqresinin bəyanatına görə, nikotinin FDA siyahısında "3-metil tərkibi" olaraq qeyd edildiyi halda, sənaye "6-metil" ehtiva edən "metanin" adlanan maddəni məhsullarına daxil edib.

Türkiyənin “Çukurova” Universitetinin professoru Pelin Duru bildirib ki, siqaretin mövcud zərərləri araşdırılarkən, şirkətlər hər gün yeni məhsul istehsal edirlər:

"Elektron siqaretlərdə 16 mindən çox dadlandırıcı var. Bunlara görə kəskin ağciyər zədələnməsi inkişaf edir. Astma, KOAH və xərçəngə səbəb olur. Bu xəstəliklər arasında infarkt da var. Biz bu xəstəliklərlə məşğul olarkən hər gün yeni tütün məmulatı istehsal olunur. Elektron siqaretin hələ nələrə qadir olduğunu dəqiq bilmirik. Lakin bu yolda araşdırmalar davam edir”.

Etiketlər

Paylaş: