Yaşlandıqca qadında kiçilən, kişidə isə ağırlaşan orqan - ARAŞDIRMA
Yeni bir araşdırma, qadın və kişi ürəkləri arasındakı genetik və struktur fərqlərinə işıq salaraq, ürək xəstəliklərinin müalicəsində mühüm dəyişikliklər vəd edir. Hamburg-Eppendorf Universitet Xəstəxanasından Lars Harbaumun rəhbərlik etdiyi qrup, qadın ürəyinin özünəməxsus xüsusiyyətlərini və kişi ürəyindən necə fərqləndiyini ortaya çıxarıb.
Araşdırma göstərir ki, qadınların ürəyi kişilərinkinə nisbətən kiçikdir, lakin sağ mədəciyi daha səmərəli işləyir. Sağ mədəcik, bədəndən gələn oksigensiz qanı ağciyərlərə pompalamaqdan məsuldur. Qadınların sağ mədəciyi kişilərinkindən daha kiçik həcmlidir, lakin nisbətən daha çox qan pompalaya bilir.
Bu nəticələr, ürəyin ölçüsü, qan təzyiqi və ağciyər funksiyası kimi digər faktorlardan asılı olmayaraq müşahidə edilib. Tədqiqatçılar bu vəziyyətin qadınların ağciyər hipertenziyası kimi xəstəliklərə həssaslığına təsir edə biləcəyini qeyd edirlər.
Qadın və kişi ürəkləri arasındakı fərqləri daha yaxşı anlamaq üçün aparılan genetik analizlər zamanı iki cinsiyyət arasında altı fərqli genetik bölgə müəyyən edilib. Qadınlarda aşkar edilən bir genetik variantın, sağ mədəciyin pompalama fazası olan sistol zamanı ürək həcmini təsirləndirdiyi müəyyən olunub.
Bu genetik variantların, qadınların ürək funksiyalarının fərqli işləməsinə səbəb olduğu düşünülür. Kişilərdə isə eyni genetik xüsusiyyətlər müşahidə edilməyib.
Araşdırmanın nəticələri göstərir ki, qadın və kişilərdə fərqli genetik yollar fəaliyyət göstərir və bu vəziyyət ürək xəstəliklərinin diaqnostikası və müalicəsində nəzərə alınmalıdır. Qadınların ürəyi daha çox hüceyrəyə malik olsa da, kişilərin ürəklərindən daha kiçik və yüngüldür. Lakin yaşlandıqca qadının ürəyi kiçilir, kişinin ürəyi isə ağırlaşır.
Oxşar xəbərlər
Azərbaycanda daha bir yüksək vəzifəli məmur korona...
Son Xeberler
Bu 3 kənddə giriş-çıxış TAM BAĞLANA BİLƏR-
Son Xeberler
Çindən ŞOK XƏBƏR:
Son Xeberler
Bu şəxslərə dövlət pul verəcək –
Son Xeberler
Prezidentdən Mediasiya haqqında qanuna
Son Xeberler
Gözünün altındakı qara ləkə elə bir xəstəliyə çevr...
Son Xeberler