Ağadadaş Ağayevin ölkədən çıxışına qadağa qoyula bilər
Xalq artisti Ağadadaş Ağayev məhkəməyə verilib.
Lent.az xəbər verir ki, buna səbəb onun dövlətə vergi borclarının yaranmasıdır.
Belə ki, müğənniyə məxsus "Ağadadaş" MMC-nin dövlət büdcəsinə vergi və fondlara borcu yaranıb. Lakin o, həmin borcları müəyyən olunan vaxt keçməsinə baxmayaraq, ödəməyib. Buna görə də Dövlət Vergi Xidmətinin Bakı şəhəri üzrə Lokal Gəlirlər Baş İdarəsi ona qarşı Bakı Kommersiya Məhkəməsində iddia qaldırıb.
İddiada borcu ödəmədiyi təqdirdə Xalq artistinin Azərbaycandan çıxışına müvəqqəti qadağa qoyulması xahiş olunur.
İddiaya hakim Kənan Hüseynov baxacaq.
Qeyd edək ki, sənətçi bu yay Binəqədi rayonu ərazisində yerləşən "MedEra Hospital"dakı qalmaqallı dava ilə gündəmə gəlib.
Oxşar xəbərlər
Ağadadaş Ağayevin həbsi tələb olundu
Xəbər Anı
Azərbaycanda bir həftəlik çölə çıxma qadağası tətb...
Son Xeberler
Azərbaycanda toyların keçirilməsinə 3-4 il qadağa...
Son Xeberler
Mirşahin Ağayevin vəziyyəti necədir? -
Son Xeberler
İnsanların çölə çıxmasına 5 günlük qadağa qoyulur?...
Son Xeberler
Kamran Ağayevin yeni klubu açıqlandı
İdman Xəbər