🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Ağızda səhər acısı hansı xəstəliklərdən xəbər verir?

27.10.2024 06:05 55 baxış sayı 1 dəq. oxuma
Ağızda səhər acısı hansı xəstəliklərdən xəbər verir?

Səhərlər ağızda acılığın səbəblərindən biri öd reflüdür.

Axar.az SİA-ya istinadən xəbər verir ki, bu barədə qastroenteroloq Yevgeni Belousov danışıb.

"Öd yollarının fəaliyyəti pozulursa, öd mədəyə, ordan isə yemək borusuna atılaraq acılıq hissi yarada bilər", - həkim qeyd edib.

Bildirilir ki, digər mümkün səbəblərə qaraciyər və öd kisəsi problemləri daxildir. Mədə-bağırsaq traktının xəstəlikləri, məsələn, qastrit və xoralar, həmçinin diabetes mellitus və digər endokrin xəstəliklər istisna edilməməlidir.

Eyni zamanda, Belousov vurğulayıb ki, ağızdakı acı heç bir xəstəlikdən xəbər vermir. Çox vaxt əsas səbəb gigiyena qaydalarına riayət edilməməsi və ya bədənin müəyyən dərmanların, o cümlədən antibiotiklərin qəbuluna reaksiyasıdır.

Bundan əlavə, şam fıstığı yedikdən sonra ağızda acılıq yarana bilər.

Paylaş: