🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Bakı metrosunda yaranan problemin səbəbi AÇIQLANDI

28.10.2024 06:39 39 baxış sayı 3 dəq. oxuma
Bakı metrosunda yaranan problemin səbəbi

Bu gün səhər saatlarında Bakı metrosunun işində yaranan problemdən dolayı hazırda qatarların intervalında gecikmə müşahidə olunur.

Bu barədə Oxu.Az-a sərnişinlər məlumat verib.

Sərnişinlər bildirirlər ki, hazırda qatarların hərəkətinin bərpa olunmasına baxmayaraq metronun İnşaatçılar stansiyasında 7-8 dəqiqəlik yubanma var.

"Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidməti və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov Oxu.Az-a açıqlamasında metronun İnşaatçılar stansiyasında qeydə alınan yubanmaya aydınlıq gətirib:

"Nizami-İnşaatçılar" sahəsində qatar bir stansiyanı tərk etməsə, digərindən qatar hərəkətə başlamır. Bu, təhlükəsizlik məsələsidir. Məsələn, "Elmlər Akademiyası"nda qatar stansiyanı tərk etməsə, "Nizami"dəki stansiyada gözləyir. Metronun belə mürəkkəb sahələrində sıxlıqda qapıların vaxtında bağlanmaması halları artır. Yəni bir qatarın xətdən çıxması ilə yaranmış sıxlığın bir az da artmasının neqativ təsirlərində belə nümunələr də əlavə rol oynayır. Belə halda "Dərnəgül" elektrik deposu olsaydı, əlavə qatarın oradan çıxması problemin dərinləşməməsinə təsir göstərərdi. Deponun inşasının başa çatması da xətlərin ayrılması layihəsinin tərkib hissəsidir. Köklü problem iki xəttin bir depodan asılı olmasıdır".

O, həmçinin yaranan problemlərdən dolayı baş verən gecikmənin səbəbini də izah edib:

"Gecikmənin baş verməsinin iki əsas səbəbi var. İnterval pozulanda, depodan çıxan qatar "Nərimanov"dan "Dərnəgül"ə və geri qayıdana qədər tənzimləmə aparılır. Həmin qatar xəttə daxil olanda, sahədə interval normal olur. Bu səbəbdən arxadan gələn qatarın toqquşmaması üçün sistem onu yubadır. Bir qatar hər hansısa sahəni tərk edəndən sonra, sahədən asılı olaraq, bir və ya iki dəqiqə arxadakı qatar ora daxil ola bilmir. Sistem imkan vermir. İkinci səbəb artıq bir qatar xətdən çıxdısa, sıxlıq artır və ənənəvi stansiyalarda 20-30 saniyə əlavə dayanırsa, digərlərində də üzərinə, 10-15 saniyə əlavə olunur. Beləcə, interval problemi olmasa da, qrafikdə yubanma baş verir. Nəticədə, 20 dəqiqəlik yolu bəzən 30 dəqiqədən də çox vaxta qət edirsiniz".

B. Məmmədov bildirib ki, yağış və yerüstü sahədən əlavə təsirlərin olub-olmamasını yalnız monitorinqdən sonra demək mümkündür.

Etiketlər

Paylaş: