
Bu hərbi qulluqçuların siyahısında dəyişiklik edilir

Ehtiyata və ya istefaya buraxılmadan öncə hərbi xidmətə yararlılıq səviyyəsini müəyyənləşdirmək üçün hərbi-həkim komissiyasının müayinəsinə göndərilən hərbi qulluqçuların siyahısında dəyişiklik edilir.
Publika.az xəbər verir ki, bununla bağlı “Hərbi xidmətkeçmə haqqında” əsasnaməyə təklif edilən dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ordudan ehtiyata buraxılan hərbi qulluqçular öz xahişinə əsasən hərbi-həkim komissiyasının müayinəsinə göndərilməyə bilərlər.
Layihə səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Hərbi Xidmətçilər üçün Hərbi-Həkim Komissiyasından...
Bugun.az

Xankəndidə hərbçilərin yürüşü başlayıb - FOTO
Azəri Xəbər

Zabit kursunu bitirən ali təhsilli müddətli hərbi...
Azəri Xəbər

Azərbaycan Ombudsmanı Türkiyənin C-130 təyyarəsini...
Azəri Xəbər

Müdafiə Nazirliyinin hərbi qulluqçularının aylıq v...
Azəri Xəbər

Nazirlik: Hərbi qulluqçuların pensiya təyinatı yen...
Azəri Xəbər



